Mediatv.az-a ECB-dən verilən açıqlamada, yeni əskinasların çərşənbə günü dövriyyəyə buraxılacağı bildirilib: "20 avroluq əskinas sabah (bu gün-red.) dövriyyəyə buraxılır. Yeni əskinasın tanınması, holoqram zolağın üstündə yer alan və işığa tutulduqda şəffaf hala gələn innovativ "portret pəncərəsi" texnologiyası sayəsində asan olacaq".
Açıqlamada ECB-nin İdarə Heyətinin üzvü və Dövlət Katibi Yves Mersch vurğulayıb: "Nağd pul keçmişdə və indi olduğu kimi əhəmiyyətli bir ödəmə vasitəsi olmağa davam edəcək. Yəni, 20 avroluq əskinasın dövriyyəyə buraxılması bunun əyani sübutudur".
Dəyişikliyin 50, 100, 200 və 500 avroluq əskinaslarla davam edəcəyi gözlənilir.