Mediatv.az xəbər verir ki, bu suala iqtisadçı-ekspert Rəşad Həsənov ANS TV-yə açıqlamasında aydınlıq gətirib. R. Həsənov məsələ ilə bağlı qeyd edib ki, əgər iqtisadi durğunluq hiss olunursa və müştəri borcunu ödəyə bilmirsə, bu zaman bankların da üzərinə böyük məsuliyyət düşür. Bunun üçün də banklar kredit götürən müştərisi üçün uyğun şərait yaratmalıdır: “Uyğunluq hamıya eyni cür təşkil olunmamalıdır. Hər kəsin sosial vəziyyətinə uyğun olaraq, müxtəlif proqramlar hazırlanmalıdır. Çünki heç bir dövr davamlı deyil. Hazırki vəziyyətdə bankalar çalışmalıdır ki, öz müştərilərini əllərində saxlasın. Gələcəkdə vəziyyət normallaşanda da bu banka üz tutsunlar”.
Bankların isə əvvəldən manatla götürülən kreditin sonradan dollara çevirməyə heç bir hüquqi haqqı yoxdur. Çünki kredit götürüləndə müqavilədə hansı məzənnə ilə hesablanıbsa, axıra qədər də onunla ödənməlidir. Krediti geri qaytara bilməyən şəxslərlə bağlı isə ekspertin fikirləri belə olub: “Bank işçisi müştərisi ilə şəxsi ünsiyyətdə olmalıdır və onu dinləməlidir. O müəyyən etməlidir ki, bu şəxsin pulu yoxdur, krediti ödəyə bilmir, yoxsa pulu, var amma özü ödəmək istəmir? Əgər şəxs özü krediti ödəmək istəmirsə, onda hüquqi yollardan istifadə etmək olar. Yox əgər imkanı yoxdursa, onda uyğun yol seçilməlidir, hədə-qorxu gəlməməlidir. Bank nümayəndəsi müştəriyə zəng vuraraq, gecikmiş krediti ödəməyi xatırlada bilər. Hazırda isə bu məsələləri məhkəmə yolu ilə həll etmək mümkündür”.
Ekpert onu da əlavə edib ki, qanunun qəbulu olmadan krediti olan şəxslərin sərhəddən geri qaytarılması düzgün hal deyil.