İqtisadiyyat (12-11-2015, 09:36)
Azərbaycanda bir gündə 94 milyonluq dollar alınıb
Xarici valyutaya tələbatın artmasına səbəb ABŞ-da açıqlanan işsizlik rəqəmlərinin gözlənildiyindən çox yaxşı olmasıdır. Belə ki, 180 min nəfər səviyyəsində proqnozlaşdırılan yeni iş yerlərinin sayı faktiki 271 min olub.
Mediatv.az xəbər verir ki, bu göstəricinin açıqlanmasından sonra ABŞ Federal Ehtiyat Sisteminin (FES) dekabrda uçot dərəcəsini artırması ehtimalı yüksəldiyindən, dünya bazarında dollara tələb artıb. Beynəlxalq valyuta bazarlarında avronun məzənnəsi 1,07 USD/EUR-ya kimi geriləyib.
Azərbaycan Mərkəzi Bankı (AMB) dünya bazarına paralel olaraq və bivalyuta məzənnə siyasətinə əsaslanaraq dolların məzənnəsini yüksəltməyə, avronun məzənnəsini isə endirməyə başlayıb. Bu gün dünən rəsmi dollar/manat məzənnəsi 1.0501 manata, bu gün isə 1.0504 manata bərabər olub.
Dolların daha da yüksələcəyini proqnozlaşdıran əhali yenidən çox güclü olmasa da, valyuta alışını artırıb. Nəticədə, dolların valyutadəyişmə məntəqələrinə satış məzənnəsi 1,0535-1,0580 AZN/USD-yə yüksəlib.
Bu gün isə valyuta siyasətində dəyişiklik olub və AMB hər iki valyutanın, həm dollar, həm də avronun məzənnəsini artırıb. Bu siyasət bir neçə gün davam edərsə, artıq manatın yumşaq devalvasiyasına start verildiyini demək olar.
Mərkəzi Bank dünən valyuta bazarında 93,9 mln. dollarlıq intervensiya həyata keçirib. /Report