İqtisadiyyat / Karusel (25-08-2015, 22:09)
"Nefti istənilən qiymətə satmağa hazırıq"
İran öz neftini istənilən qiymətə satmağa hazırdır.
ANS PRESS-in məlumatına görə, bu haqda İranın neft naziri Bijan Namdar Zanqaneməlumat verib. Onun sözlərinə görə, İran öz neftini 100 dollardan aşağı və ya yuxarı olmasından asılı olmayaraq satmaq niyyətindədir: "Biz nefti yüksək qiymətə satmaq istəsək də qiymət bazar tərəfindən müəyyənləşdirilir. Sanksiyalar qaldırıldıqdan sonra İran günə 1 milyon bareldən çox pul qazanacaq”.
Nazir əlavə edib ki, sanksiyalar götürüldükdən sonra İran öz neft hasılatını sutkada 500 min barel həcmində artıracaq.
İyulda Zanqane Tehranın neftin hasilatını sutkada 4,7 milyon barel artırmaq planları haqqında müzakirələr aparıb. Digər göstəricilərə görə, bu il İrana sanksiya tətbiq edilməmişdən əvvəlki vəziyyətə qaytarmaq niyyətindədir. Yəni sutkada 4 milyon barel neft hasil etdiyi dövrə qayıdacaq.
Sanksiyalar tətbiq olunmamışdan əvvəl İran 2,3-2,5 milyon barel neft ixrac edirdi, sonra isə bu göstərici iki dəfə ixtisara düşüb.