Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (1-10-2015, 17:21)
Azərbaycan hökuməti Mərkəzi Bankdan borc vəsait götürəcək

Bu, neftin qiymətinin düşməsi səbəbindən büdcədə yaranan vəsait çatışmazlığı ilə bağlıdır

Azərbaycanın 2015-ci il üçün dövlət daxili borclanmasının yuxarı həddi 3 dəfə - 4,5 mlrd. manata qədər artırılıb. 

Mediatv.az xəbər verir ki, Milli Məclisin deputatı Əli Məsimli "Report"a bildirib ki, bu addım dünya bazarında neftin qiymətinin düşməsi ilə büdcədə yaranan müəyyən problemlərin həlli, prioritet sahələrin maliyyə təminatının gücləndirilməsi məqsədi ilə atılıb.

"Neftin qiymətinin aşağı düşməsi digər ölkələrdə olduğu kimi Azərbaycana da təsir göstərir. Bu, iqtisadi artım templərinin müəyyən dərəcədə dəyişməsində, tədiyyə balansının müsbət göstəricilərinin bir qədər zəifləməsində, büdcədə müəyyən problemlər və s. ilə müşayiət olunur. Bu cür problemləri aradan qaldırmaq üçün ölkələr adətən xarici və daxili borclanmaya gedir. Həmin vəsait hesabına iqtisadi fəallığın artırılması, bir sıra prioritet hesab olunan sahələrin inkişafının maliyyə təminatının gücləndirilməsi istiqamətində iş görür. Azərbaycan da dünya praktikasında geniş tətbiq olunan bu üsuldan istifadə edir. Amma hökumət xarici borclanmanı genişləndirmək fikrində deyil. Azərbaycanda daxili borclanma üzrə rəqəmlər çox aşağı olduğuna görə, bu istiqamətdə addımlar atılıb", - deyə deputat qeyd edib.

"Bunun həyata keçirilməsinin əsas yolu qiymətli kağızlardır. Borclanmanı istiqrazlar vasitəsilə reallaşdırırlar. Məbləğin bu qədər artırılması o demək deyil ki, həmin məbləğin hamısını indi xərcləmək lazımdır. Lakin ilkin addım atılıb", - deyə Ə.Məsimli bildirib.

Deputat Vahid Əhmədov da qeyd edib ki, daxili borclanma limitinin 4,5 mlrd. manata qədər qaldırılması ilə bağlı müvafiq qanun layihəsi artıq ötən gün təsdiq edilib: "Azərbaycan qiymətli kağızlar buraxır, bu adi haldır, daxildə olan məsələdir, maliyyə dayanıqlığını təmin etmək, maliyyə bazarını daha da genişləndirmək üçün istifadə olunur. Daxili borclanmada elə bir ciddi problem yoxdur".

Deputat Rüfət Quliyev isə bildirib ki, qiymətli kağızların emissiyasi yolu ilə Mərkəzi Bankdan cəlb olunacaq həmin vəsait tikintisi başa çatmamış obyektlərə sərf olunacaq.

Qeyd edək ki, Milli Məclisin sentyabrın 30-da keçirilən iclasında "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi təsdiq edilib. Həmin dəyişikliyə əsasən, dövlət büdcəsinin daxili borclanmasının yuxarı həddi 1,5 mlrd. manatdan 4,5 mlrd. manata qaldırılıb. Xarici dövlət borclanmasının yuxarı həddi isə dəyişməz qalaraq 1,5 mlrd. manat səviyyəsində saxlanılıb.

Xatırladaq ki, 2016-cı il dövlət büdcəsinin layihəsində isə gələn il üçün daxili dövlət borclanmasının yuxarı həddi 2,5 mlrd. manat, xarici dövlət borclanmasının yuxarı həddi 1,5 mlrd. manat nəzərdə tutulub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024