İqtisadiyyat (27-08-2015, 11:54)
Banklar dollar əmanətini qəbul etmir
Azərbaycanın bəzi kommersiya bankları ikinci dəfə dollar əmanətləri üzrə faiz dərəcələrini aşağı salmağa başlayıblar
“Marja”nın bankların saytına istinadən verdiyi məlumatına görə, artıq "AccessBank", "Azərbaycan Beynəlxalq Bankı", "Unibank", "Bank of Baku", "Bank VTB Azərbaycan" dollar əmanətləri üzrə faiz dərəcələrini xeyli endiriblər. Dollar əmanəti üzrə minimum faizi dərəcəsini (əsasən 1 illik), AccessBank 1-2%-ə, Azərbaycan Beynəlxlaq Bankı 2.25%-ə, Unibank 0,5-1%-ə, Bank of Baku 0,5%-ə, Bank VTB Azərbaycan 1,7%-ə endirib.
KapitalBank, ümumiyyətlə, 11 ayadək müddətinə dollar əmanətlərini qəbul etmir. Müddətli dollar əmanətləri minimum 12-24 aylıq yerləşdirilməlidir. Bu halda 3% gəlir təklif olunur. Müddətsiz dollar əmanətləri üzrə isə faiz dərəcəsi minimum 1%-dir.
Azərbaycan Beynəlxalq Bankı isə 9 ayadək müddətə dollarada əmanət qəbul etmir.
Bir sıra banklar isə 4-6 ayadək dollarda əmanətlər götürmürlər.
Ümumiyyətlə, adı çəkilən banklarda ən yüksək əmanət qəbulu müddətləri olan 36-60 aylıq dollar əmanətləri üzrə faizlər 5,5%-i keçmir.
Ekspertlər bildirirlər ki, bankların belə qərar qəbul etməkdə məqsədləri dollarlaşmanı aşağı salmaqdır.
Qeyd edək ki, İyunda da Azərbaycanın bəzi bankları dollar əmanətləri üzrə faiz dərəcələrini 12-16%-dən 3-8 faiz intervalına endirmişdilər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024