Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (6-08-2015, 18:30)
İran qaz ixracı sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir

İran qaz ixracı sahəsində Azərbaycanla əməkdaşlıq etmək istəyir

İran qaz ixracı məsələsi üzrə Azərbaycanla əməkdaşlıq üçün imkanlar axtarır

 

Bunu Trend-ə İranın Milli Qaz İxracı Şirkətinin (NIGEC) rəhbəri Əlirza Kamali deyib.
O, qeyd edib: "Biz artıq SOCAR ilə "svop" əməliyyatları üzrə qaz müqaviləsinə malikik və hər iki tərəf gələcəkdə əməkdaşlığı genişləndirməyi planlaşdırır. İki ölkə qaz ixracı sahəsinə birgə investisiyalar barədə də danışıqlar aparır.
Ə.Kamalinin sözlərinə görə, İranın yaxın 3 ildə istehsalı artırmağı planlaşdırdığını nəzərə alsaq, ölkə tezliklə Azərbaycanla qaz üzrə "svop" əməliyyatlarının həcmini artıracaq: "Hazırda İran sutkada təqribən 700 milyon kubmetr qaz istehsal edir və ölkədə yaxın 3 il ərzində illik qaz hasilatının sutkada 100 milyon kubmetə çatacağı gözlənilir".
O bildirib ki, İran soyuq mövsümdə Azərbaycandan qaz ala və isti mövsümdə qazı geriyə - ölkəyə tədarük edə bilər: "Lakin hazırda SOCAR-ın hansı həcmdə artıq qaz sata biləyəcəyini qiymətləndiririk. Biz dəqiq məlumat almaq istəyirik ki, sonra bu məsələni həll edə bilək".
Ə.Kamali diqqətə çatdırıb ki, İrana qarşı sanksiyalar ləğv edilsə, ölkənin xeyli sayda qaz alıcı və satıcılarına çıxışı genişlənəcək: "Hazırda bununla əlaqədar xeyli sayda Avropa şirkətləri ilə danışıqlar aparırıq. Qazın qonşu ölkələrə ixracı İranın prioritetlərindən biridir".
 
Mediatv.az

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024