Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Karusel (17-07-2015, 23:02)
İrana qarşı sanksiyaların ləğvi bizim xeyrimizədir

İranla “altılıq” ölkələri arasında sazişin imzalanması İranın Azərbaycan da daxil olmaqla, region ölkələri ilə əməkdaşlığının inkişafına imkan yaradacaq.

Mediatv.az-ın məlumatına görə, bunu Trend-ə Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Əli Məsimli deyib.

Deputat qeyd edib ki, sanksiyaların ləğv olunması ilk növbədə Azərbaycan və İran arasında ticarət əlaqələrinin inkişafına təsir edəcək:“Bu, xüsusilə, sərhəd rayonlarına təsir edəcək. İran iqtisadiyyatının açıq olması Azərbaycan şirkətlərinin bu ölkədə fəaliyyət göstərməsi ilə bağlı imkanları artıracaq”.

O bildirib ki, İranla “altılıq” ölkələri arasında sazişin imzalanması həm geosiyasi, həm də iqtisadi baxımdan bütün dünya üçün çox əhəmiyyətli məsələdir: “İranın dünya bazarına çıxışı bazarda neft həcmini bir neçə milyon ton artıracaq. Bu da OPEK siyasətində düzəlişin edilməsinə səbəb olacaq. Ancaq hesab edirəm ki, İran dərhal dünya bazarına külli miqdarda neft çıxarmayacaq. Tədricən İran neftinin həcminin artması, təbii ki, qiymətlərə təsir edəcək. Və nəhayət, tərəflər saziş şərtlərinə əməl etsələr, İran qazının Avropaya nəqli ilə bağlı aktuallıq artıracaq. Bu da öz növbəsində, Avropaya bir qaz mənbəsindən asılılığın aradan qaldırılmasına və qitəyə qaz tədarükünün diversifikasiyanın sürətləndirilməsinə yardım edəcək”.

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024