İqtisadiyyat (31-07-2015, 22:15)
İmişli sənaye rayonuna çevrilir
Son illər rayonda emal sənayesinin inkişafı üçün görülən işlər artıq bəhrəsini verir
2015-ci ilin 6 ayı ərzində İmişli rayonun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunub. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 170 milyon 921 min mаnаtlıq məhsul istеhsаl еdilib.
“Həftə içi”nin məlumatına görə, bu fikirlər rayon sosial-iqtisadi inkişafının yarım illik nəticələrinə həsr olunmuş hesabat yığıncağında səsləndirilib. Bildirilib ki, bu ilin 6 ayı ərzində və son ildə İmişli şəhərində aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhərin siması tamamilə dəyişib, şəhər son dərəcə müasirləşib. Bu ilin birinci yarımilliyinin ümumi istifadədə olan avtomobil yollarının saxlanması və cari təmir işlərinə 36 saylı yol istismarı idarəsi tərəfindən 447,2 min manat məbləğində iş həcmi yerinə yetirilib. Ağsu-Bəhrəmtəpə yolunda cari təmir işləri yerinə yetirilib. Hazırda rayonun girişində 7 kilometrlik yolda tikinti işləri davam edir.
Son illər rayonda emal sənayesinin inkişafı üçün bir sıra işlər görülüb. Belə ki, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC-nin Kəllə qənd, Qarışıq Yem, Bitki Yağları, Spirt emalı, Çuğundur yem qurutma zavodları, Bəhrəmtəpə qəsəbəsində 50 min tonluq taxıl anbarı, Qaragüvəndikli kəndində damazlıq yumurta istehsal edən “Araz Damazlıq quşçuluq” MMC istifadəyə verilib.
Murаdхаnlı İriləşdirilmiş Nеft Mədəni 6 ayı ərzində 8860 ton nеft hаsil оlunаrаq 6 ayda plаn tаpşırığınа 98,4 fаiz əməl оlunub. Neft təhvili üzrə plan 8830 tona qarşı 8719,7 ton neft dövlətə təhvil verilib. Plаndа nəzərdə tutulаn həcmdə 300 min kub metr qаz hаsil еdilib və dахili еhtiyаclаrа sərf оlunub. Mədən üzrə 7 quyudа əsaslı, 20 quyuda isə cari təmir işləri aparılıb.
“Aqroservis” ASC tərəfindən rayon ərazisində kənd təsərrüfatı məhsulları vaxtında itkisiz yığılıb tədarük olunub. Torpaq mülkiyyətçilərinə 858 ton ammonium nitrat gübrəsi güzəştli qiymətlərlə ödənilib. Fermerlərin sifarişi əsasında onlara İmişli Aqroservis filialının istifadəsində 209 adda müxtəlif markalı texnika və qoşquların vasitəsilə 106 min manatlıq müvafiq işlər görülüb.
Birinci yarımilində rayonun müxtəlif kəndlərində ümumi 233 min kubmetr kollektor drenaj şəbəkəsində magistral kollektorlarında torpaqqazma və hamarlama işləri görülüb.
Ötən 6 ay ərzində rayonda heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilib. Rayon üzrə mal-qaranın sayı 91 min 995 başa, qoyunların sayı 247 min 619 başa, quşların sayı isə 1 milyon 325 min 689 başa çatdırılıb, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu mal-qara 1041 baş, qoyunlar 4703 baş, quşlar isə 49458 baş artıb. Ət istehsalı (diri çəkidə) 6351,5 ton, süd istehsalı 24547,7 ton, yumurta 41887 min ədəd, yun istehsalı isə 313,4 ton olub. İyulun 1-dək 11209 hektar sahədə buğda, 6343 hektar sahədə arpa, 270 hektar sahədə kartof, 370 hektar sahədə bostan, 310 hektar sahədə tərəvəz, 175 hektar sahədə dən qarğıdalı, 2551 hektar sahədə pambıq, 396 hektar sahədə isə şəkər çuğunduru əkilib. 19 min 664 ton arpa, 42 min 595 ton buğda məhsulu istehsal edilib və məhsuldarlıq 35,1 sentiner olub. Həmçinin, 6 ay ərzində 3150 ton kartof, 1415,4 ton tərəvəz tədarük edilib. Bu sahədə işlər davam etdirilir.
İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün rayon telestudiyasının yaxınlığındakı 10 hektar ərazidə yeni istixanaların inşa olunmasına başlanıb. Rayonda taxılçılığın inkişaf etdirilməsi, yeni iş yerlərinin yaradılması məqsədilə xarici investorları cəlb etməklə, dövlət fondu torpaqlarından 7000 hektar torpaq sahəsinin ayrılması nəzərdə tutulub.
Yığıncaqda bildirilib ki, su təchizatının yenidən qurulması və kanalizasiya sisteminin yaradılması ilə əlaqədar İmişli şəhər və Yalavac kəndləri ərazisində yaşayan əhaliyə xidmət göstərmək üçün layihədə nəzərdə tutulmuş 9320 ədəd öncədən ödəmə sistemli smart elektron su sayğaclarının 8261 ədəd evlərə quraşdırılıb və bu sahədə işlər davam etdirilir. Quraşdırılmış su sayğaclarının 7927 ədədi aktivləşdirərək əhaliyə içməli su verilib. Həmçinin, İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli, Məzrəli kənd tam orta məktəblərinin və Qaradonlu kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Nazirlər Kabinetinə rəsmi müraciət edilib. 55 yerlik Əliqulular kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir olunması işlərinə başlanıb.
Dövlət proqramına uyğun olaraq rayonda imtiyazlı təbəqədən, eləcə də şəkərli diabet, vərəm və digər xəstələrin dərman preparatları ilə təminatı diqqət mərkəzində saxlanılıb.Bundan əlavə, Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstələrinə 100 ədəd qlükometr və 1310 qutu test çubuqları verilib. Mərkəzi xəstəxanada böyrək çatışmamazlığı xəstəliyindən əziyyət çəkən vətəndaşlar üçün dializ şöbəsi yaradılaraq müasir tibbi avadanlıqlarla təchiz edilib, hazırda şöbədə 35 xəstə dializ olunur. İmişli rayon Muradxanlı kənd xəstəxanasının əsaslı təmiri, Göbəktala, Ağaməmmədli və Əlyetməzli kənd tibb məntəqələrinin isə tikintisi başa çatdırılaraq əhalinin istifadəsinə verilib. Qaragüvəndikli kənd tibb məntəqəsinin tikintisi davam etdirilir.
2015-ci ilin 6 ayı ərzində rayonun mədəniyyət müəssisələrinin maddi texniki bazasının yaxşılaşdırılması və təmiri diqqət mərkəzində saxlanılıb, nəticədə ötən müddət ərzində mədəniyyət müəssisələrində 14,4 min manatlıq cari təmir işləri aparılıb.