İqtisadiyyat (22-06-2015, 17:05)
“AtaBank”ın əməkdaşı: “Devalvasiya qaçılmaz idi“
"AtaBank”ın əməkdaşı Elman Sadıqov ölkədə baş verən devalvasiya ilə bağlı bankları ittiham edənlərə cavab verib
E.Sadıqovun "Facebook"da yazdığı yazını təqdim edirik:
Status yazmağı xoşlamasam da, devalvasiyadan sonra spekulyativ xarakterli fikirlər, banklar haqqında bir çox haqsız iddialar, qarayaxmalar, bankların hansısa iddialara cavab verməkdə guya aciz qalmasını davamlı olaraq yazıb insanları çaşdıranlara bəzi məqamları bir daha xatırlatmaq istəyirəm.
1) Devalvasiya qaçılmaz idi və dünyanın ən bahalı valyutasına sahib olmağın iqtisadiyyat üçün xeyirdən çox zərəri var.
2) Devalvasiya bir çox insanlar üçün zərərlə nəticələndi. Xüsusilə xarici valyutada kredit götürənlər üçün. Amma devalvasiya ən çox banklara zərər vurdu. Buna görə də bankları günahlandırmaq tamamilə absurddur!
3) Devalvasiya nə hökumət, nə də Mərkəzi Bankın istəyi ilə olmadı. Devalvasiya xüsusilə qonşu ölkələrdə baş verən iqtisadi böhranların, həmin ölkələrin valyutalarının dəyərdən düşməsinin məntiqi nəticəsi idi. Bu hadisələrdən sonra manatın bu qədər bahalı qalması iqtisadiyyat üçün çox təhlükəli və dağıdıcı amilə çevrilmişdi.
4) Ən əsas məsələ. Xarici valyutada götürülən kreditlərin köhnə kursla qaytarılmasını iddia edən "ekspertlər"də günah görmürəm. Uzun zamandır devalvasiya görməmişlər və ya unutmuşlar! Sadəcə bir müqayisə: Dünyanın hansısa ölkəsində, məsələn ABŞ-da, Yaponiyada Avro ilə kredit götürən vətəndaşın Avronun kursu artdıqda krediti köhnə kursla ödəməsi ilə bağlı gülünc bir iddia eşitdinizmi? Dünyanın heç bir yerində belə bir iddia olmadı, Azərbaycandan başqa. Hətta işi ciddiləşdirib Konstitusiya Məhkəməsinə qədər çıxartdılar.
5) Xarici valyutada kredit götürən vətəndaşlar zərərə uğradı, doğrudur. Amma, xarici valyutada depoziti olanlar da Azərbaycan vətəndaşlarıdır, onlar isə qazandılar. Əgər kreditlər köhnə kursla qaytarılmalıdır deyilirsə, o zaman depozitlər də əhaliyə köhnə kursla qaytarılacaq? Bu haqda heç kim danışmır? Əgər söhbət təkcə kreditlərdən gedirsə o zaman təkcə kreditlərin köhnə kursla qaytarılmasını iddia edənlər bunun nəticəsini ya düşünmür, ya da düşünə bilmirlər. Bank sektorunda yaranan ciddi problem heç kimin xeyrinə olmaz: nə iqtisadiyyatın, nə əhalinin, nə də hökumətin. Buradə ən böyük zərəri yenə xalq görər. Heç olmasa bunu nəzərə alaraq, insanları aldadıb hissləri ilə oynamağı dayandırmaq lazımdır!
6) 22.02.2015 -28.02.2015 tarixlərini (kursun qalxmasından sonrakı günlər) xatırlayırsınızmı? Özlərini "ekspert" elan edənlər əhaliyə dolların kursunun necə olacağı ilə bağı nə qədər səhv və aldadıcı proqnozlar verdilər. Xüsusilə çoxları 1 dolların 0.90 qəpik olacağını təkidlə iddia etdilər. Nəticədə nə qədər insanın zərər çəkdiyini bilirsinizmi? Bu səbəbdən də öz xəyallarımızı, səbəb və nəticələrini dərindən bilmədiklərimizi insanlara "sırımayaq".
7) Bu ölkədə açıq valyuta mövqeyinin nə olduğunu bilmədən uzun-uzadı təhlil və məqalələr yazan "ekspert" və "iqtisadçı"lar gördükdən sonra vəziyyətimizin nə qədər ağır və riskli olduğunu gördüm! Heç olmasa özümüzə hörmət qoyaq! Özünə hörmət qoyan şəxs bilmədiyi mövzu haqqında danışmaz!
8) Xarici valyutada kreditlərin verilməsinin qanunsuz olduğunu iddia edənlər və qanunlarla bunu əsaslandırmağa çalışan hüquqşünaslar! Qanunların maddələrini hüquqşünaslarımız bir neçə il öncə elə yazıblar ki, illər sonra o maddələrdə nəyi nəzərdə tutduqlarını unudublar! Dünyanın 1-2 totalitar, qapalı ölkəsindən başqa hər hansı bir ölkəsində xarici valyutada kreditlərin verilməsi qadağan deyil! Bu qadağan müasir dövrdə heç bir iqtisadi qanunauyğunluqla da ayaqlaşmaz! Bu kimi məsələlər qadağanlar, administrativ metodlarla deyil, iqtisadiyyatın təməl nöqtələrindən biri olan tələb-təkliflə tənzimlənir! Ən azı, nəyi iddia etdiyimizi də düşünək!
9) Nəhayət, banklar insanlara güzəşt etmir deyənlər. Banklar öz-özlərinin düşmənləri deyillər! Bankın vəziyyəti müştərilərinin vəziyyətlərindən asılıdır! Heç bir ağıllı bank müştərisini çətin vəziyyətə salmaz, əksinə onu çətin vəziyyətdən çıxartmaqla öz vəziyyətini də yaxşılaşdırmış olar! Bu səbəbdən, yanlış fikirlərlə insanlarla banklar arasında uçurum yaratmaq lazım deyil! Bunun nəticəsində insanlar bankla dialoq qurmaq əvəzinə bank işinin əlifbasını bilməyən bəzi "vəkillər"in yanına qaçırlar! Nəticədə, həm maddi, həm də mənəvi zərərə məruz qalırlar! Yəqin, bəzilərinə də elə bu lazımdır!
Açığı sözüm çoxdur, amma bundan da uzun yazıb dostlarımın dəyərli vaxtını almaq istəmədim! Dostlarımdan alıb qaytara bilməyəcəyim yeganə şey vaxtdır! Vaxtınızı aldım!
Düşünürəm ki, nəsə faydası oldu!
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024