İqtisadiyyat / Karusel (30-01-2015, 13:54)
Hökumətin yeni ideyası..
Vergilər nazirinin audit və operativ nəzarət sahələri üzrə müşaviri İlqar Əhmədov ölkə iqtisadiyyatının müasirləşməsində, şəffaf idarəetmə sisteminin qurulmasında nağdsız ödəniş sisteminin genişləndirilməsinin rolunu danılmaz hesab edir
O, qeyd edib ki, dünya təcrübəsi ölkənin maliyyə və sosial-iqtisadi fəaliyyətində hesabatlılığın və şəffaflığın təmin edilməsi sahəsində mühüm tədbirlərdən biri kimi nağdsız ödəniş sisteminə keçidin olmasını zəruriləşdirir.
Mediatv.AZ "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, onun sözlərinə görə, nağdsız ödənişlər vəsaitlərin dövriyyəsinin sürətləndirilməsində, nağd pulların çapı, daşınması, saxlanması və təsərrüfat əməliyyatlarının xərclərinin azalmasında, bütövlükdə iqtisadiyyatın inkişafında əhəmiyyətli rol oynayır: “Nağdsız ödəmə aləti kimi POS-terminallar həm ödəniş kartı sahibləri, həm də biznes subyektləri üçün faydalıdır. Çünki ödəniş məbləğlərinin dəqiq olması və hesablaşmaların rahat aparılması, müştərilərin sayının artırılması, nəğd vəsaitlərlə aparılan əməliyyatlarda iş yükünün azaldılması, mal və xidmətlər üzrə hesablaşmalar zamanı təhlükəsizliyin artırılması, şəxsi büdcənin düzgün planlaşdırılması baxımından POS-terminallardan istifadə daha məqsədəuyğundur”.
İ.Əhmədov deyib ki, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə artması son illər Bakıda və bölgələrdə kecirlilən beynəlxalq və regional tədbirlərin miqyasını da genişləndirib: “Azərbaycana gələn turistlərin sayında da ciddi artım müşahidə olunur. Tarixdə ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları zamanı respublikamıza çoxlu sayda idman heyətlərinin və azarkeşlərin gələcəyi gözlənilir və bu qonaqlar, təbiidir ki, Avropa ölkələrində qəbul olunduğu kimi, müxtəlif ticarət, əyləncə, iaşə və s. obyektlərdə nağdsız ödənişlərə üstünlük verəcəklər. Ona görə də Vergilər Nazirliyi tərəfindən Avropa Oyunlarının keçiriləcəyi ərazilərdə POS-terminalların quraşdırılması və onlardan istifadəyə ciddi nəzarət olunur”.
Görəsən, Avropa Oyunlarına qədər ölkənin bütövlükdə pos-terminal sisteminə keçidi mümkün ola bilərmi? Axı bir neçə iri ticarət obyekti istisna olmaqla, elə obyektlər var ki, orada heç kassa-aparatı yoxdur, nəinki orada pos-terminallardan istifadə etmək mümkün olsun.
İqtisadçı-ekspert Nemət Əliyev deyir ki, terminallarla, onların nə qədər quraşdırılmasıyla bağlı bankların üzərinə öhdəliklər qoyularkən bu, hələ bir müddət öncə narazılıqlara səbəb olmuşdu. Ölkədə qeyri-nəğd ödənişlərin çəkisinin artırılması və nəğd ödənişlərin çəkisinin azaldılması kimi fəaliyyət növü hər yerdə mövcuddur. Lakin bu, nəğd ödəmələrin tam şəkildə dövriyyədən çıxarılması anlamına gələ bilməz. Ekspert belə bir ideyanın reallıqdan çox uzaq olduğunu bildirir: “Müəyyən nisbətdə buna nail olmaq olar. Avropa Oyunlarının keçirilməsiylə bağlı bu istiqamətdə işlər görülə bilər. Daha çox, bacarıldığı qədər pos-terminallar yerləşdirilməsi mümkündür. Lakin bütün marketləşdirmə sistemində bunu tətbiq etmək mümkünsüzdür. Bu heç lazım da deyil. Bunun üçün qarşılıqlı razılaşma olmalıdır. Yaxşı marketləşmə işi tam şəkildə həyata keçirilməlidir. Lakin hamının yüksək səviyyədə, standartlara uyğun market qurmaq imkanları yoxdur. Həmin vaxta qədər bunu tam qurub-yaratmaq mümkün deyil. Kim belə fikirdədirsə, yanlış düşünür”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024