Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İdman (31-03-2016, 11:15)
UEFA-dan «İnter»ə cəza

UEFA-dan «İnter»ə cəza

 

 

UEFA Bakının «İnter» klubunu cəzalandırıb. Klubun saytının yaydığı xəbərə görə, martın 30-da UEFA CFCB-nin İstintaq Palatasının qəbul etdiyi 10 dekabr 2015-ci il tarixli AC-05-2015 nömrəli qərarını qüvvədə saxlayıb. Bununla da «İnter» növbəti üç avrokubok mövsümündən (2016/2017, 2017/2018, 2018/2019) birində iştirak hüququndan məhrum edilib.
Mediatv.az xəbər verir ki, buna səbəb klubun bu ilin yanvarın 31-ə qədər borclarını ödəyə bilməməsidir.
«İnter» bu qərara əsasən, apellyasiya üçün 10 gün ərzində İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər. Klub bu hüquqdan istifadə etmək niyyətindədir.
«İnter» klubunda maliyyə problemləri onun sponsoru Azərbaycan Beynəlxalq Bankında kredit qalmaqalının yaşanmasından sonra üzə çıxmışdı. Klub hətta bəzi futbolçuların maaşlarını belə ödəyə bilmirdi. Hərçənd, klub rəsmiləri bir müddət öncə Azadlıq Radiosuna bildirmişdilər ki, yenidən sponsorluqla bağlı Azərbaycan Beynəlxalq Bankının yeni rəhbərliyi ilə danışıqlar gedir. Maliyyə problemləri tezliklə yoluna qoyulacaq. Klubun keçmiş fəxri prezidenti, Azərbaycan Beynəlxalq Bankın İdarə heyətinin keçmiş sədri Cahangir Hacıyev hazırda həbsdədir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
29 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
28 04 2024
27 04 2024
27 04 2024