Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (18-02-2022, 18:12)
"Azərsu" əməkdaşını bıçaqladılar - TƏFƏRRÜAT

 "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşlarına hücum olub.

DİA.AZ-a ASC-dən verilən xəbərə görə, Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş yaşayış massivi ev 6 b mənzil 10 ünvanında olan abonentin içməli su təchizatı xidmətlərindən istifadəyə görə 170 manat borcu yaranıb.

Yığılmış borcunun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilsə də, abonent borcu ödəməkdən imtina edib. “Sudan istifadə qaydaları”nın tələblərinə əsasən su təchizatının dayandırılması ilə əlaqədar iş əmri yaradılıb. “Abşeron Sukanal” İdarəsinin əməkdaşları həmin ünvana yaxınlaşaraq borc ödənilmədiyi üçün su təchizatının dayandırılacağını bildiriblər. Bu zaman həmin mənzildə yaşayan Ələkbər Ələkbərov adlı şəxs Abşeron Sukanal İdarəsinin əməkdaşı Vəfadar Güliyevin üstünə hücum çəkərək ona bıçaqla xəsarət yetirib.

“Azərsu”nun digər əməkdaşına qarşı fiziki təzyiqi Abşeron rayonu, Nübar qəsəbə sakini Müzəffər Mahmudov törədib. 210 manat borc olan abonentə dəfələrlə xəbərdarlıq edilsə də o, buna məhəl qoymayıb ödənişdən imtina edib. Növbəti dəfə Abşeron Sukanal İdarəsinin əməkdaşları yenidən həmin ünvanda olub. İdarənin əməkdaşı Elbrus Allahverdiyev abonentin borcunun ödənilməsinin vacibliyini bildirdikdə abonent Müzəffər Mahmudovun qəfil zərbəsinə tuş gəlib. Baş nahiyəsindən zərbə alan E.Allahverdiyevin dişi sınaraq ciddi xəsarət alıb.

Baş vermiş hadisələr nəticəsində zərərçəkənlərə tibbi yardım göstərilib və tibbi ekspertizaya göndərilib. Hər iki faktın araşdırılması üçün Abşeron rayon Polis İdarəsinə müraciət olunub.

“Azərsu” vətəndaşların və abonentlərin diqqətinə çatdırır ki, göstərilən xidmətin səviyyəsi ödənişlərin vaxtında edilməsindən asılıdır. Bu məqsədlə xidməti vəzifələrini yerinə yetirən əməkdaşlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir və belə hallar baş verərsə “Azərsu” hüquq-mühafizə orqanlarına müraciət edəcək.

Abonentlərin diqqətinə çatdırılır ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolu imzalamalı və götürdüyü öhdəliyə uyğun olaraq borcunu aylar üzrə bölünmüş ödəniş qrafiki üzrə hissə-hissə ödəyə bilər.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024