Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Nizami rayonunda üçmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.
FHN-dən "Unikal"a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.