Bakı şəhəri, Səbail rayonunda təcili tibbi yardım avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisə olub. Hadisə zamanı təcili tibbi yardım avtomobili aşıb.

Mediatv.az xəbər verir ki, hadisə nəticəsində təcili tibbi yardım avtomobilinin sürücüsü başından yüngül xəsarət alıb, ölən yoxdur.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.