Hadisə (31-01-2022, 16:14)
Bakıda quyudan 4 yaşlı qızın meyiti tapıldı - Yenilənib
Bakıda 4 yaşlı qız uşağının meyiti tapılıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən olaraq bildirilib ki, yanvarın 31-də 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin meyitinin Xəzər rayonu ərazisində aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin təfərrüatı ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.
***
FHN hadisə ilə bağlı açıqlama yayıb.
Bildirilir ki, Bakı şəhərinin Xəzər rayonu, Qala qəsəbəsində həyətyanı sahədə dərinliyi təqribən 10 metr olan quyudan 1 nəfər azyaşlının meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Görülən tədbirlər nəticəsində 2018-ci il təvəllüdlü Hüseynli Məryəm Taleh qızının meyiti quyudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.