Azərbaycanda məktəblərin birində qız şagirdlər arasında ciddi insident baş verib.

"Mediatv.az" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Ucar rayonunun Qaradağlı kənd məktəbində qeydə alınıb.

Belə ki, kənd sakini, 13 yaşlı Z.Ə.-yə (qız) qarşı onun sinif yoldaşı N.D. (qız) tərəfindən müəyyən qanunsuz hərəkətlər edilib. N.D. Z.Ə-ni təhqir edib, döyərək xəsarətlər yetirib. Bundan sonra Z.Ə. intihara cəhd edib. Onun bilək nahiyəsini kəsdiyi bildirilir.

Faktla bağlı Ucar Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.

Təhsil Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.