Sumqayıt şəhərində bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Mediatv.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, çağırış ünvanına FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri cəlb olunub.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.