Hadisə (14-01-2022, 22:45)
Bir mənzildə 3 dəfə oğurluq hadisəsi - Mühafizə idarəsi pul sayır ,// FOTO
"DogruXeber.az" xəbər verir ki, Yanvar ayının 13-də gecə saatlarında Abşeron rayon, Novxanı qəsəbəsi, yeni yaşayış massivində, "Qurd dərəsi" adlanan ərazidə yerləşən Yusifov Qəhrəman Etibar oğluna məxsus mənzildə oğurluq hadisəsi baş verib.
Gecə saatlarında mənzilə daxil olan oğrular bir neçə əşyaları qırmış, evdəki krosna antenna idarəetmə aparatı, ev sahibinə məxsus qiymətli parfum və digər bəzi əşyaları götürmüşlər.
Qeyd edək ki, hadisə baş verən mənzilin sahibi, eyni zamanda Qarabağ müharibəsi veteranı Qəhrəman Yusifov redaksiyamıza bildirib ki, 2016-cı ildən Abşeron rayon Mühafizə idarəsi ilə mənzilinin mühafizəsi üçün müqavilə imzalayıb. Müqavilə üçün ondan əvvəlcə 1.800 (,min səkkiz yüz) AZN məbləğ tələb olunub. O, maddi imkanları xaricində olan bu məbləği ödəməkdən imtina edib. Sonra şəxsi tanışlıq əlaqələrindən istifadə edərək, ödəniş məbləğinə güzəşt edilərək, 1.200 (min iki yüz) AZN-ə qədər azaldılıb. Beləliklə Qəhrəman Yusifov 1.200 (min iki yüz) AZN məbləği ödəyərək, idarə ilə mühafizə müqaviləsini imzalayıb. Artıq, 6 ildir ki, Q.Yusifov mühafizə idarəsinə hər ay 30 (otuz) AZN ödəniş ödəyir.
Müqaviləyə əsasən idarə tərəfindən mənzildə mühafizə kameraları quraşdırılıb. Mühafizə idarəsi ilə müqavilə imzalandığından bəri artıq 3-cü dəfədir ki, eyni hadisə baş verir. İlk cəhdi xəbərdarlıq siqnalizasiyasının işə düşməsi səbəbindən uğursuz alınan oğrular, ikinci və budəfəki - üçüncü cəhddə ev sahibinə xeyli miqdarda maddi ziyan vurublar.
Qəhrəman Yusifovun sözlərinə görə təhlükəsizlik siqnalının xəbərdarlığına baxmayaraq, mühafizə idarəsinin əməkdaşları, olay yerinə gecikib. Məhz bu səbəbdən mənzildə dağıntılar və əşyaların sındırılması, həmçinin rahatca götürülməsi üçün oğruların kifayət qədər geniş zamanı olmuşdur.
Odur ki, Qəhrəman Yusifov yüksək məbləğ qarşılığında müqavilə imzaladığı, həmçinin mənzilini qorumaları üçün illərdir hər ay ödəniş etdiyi mühafizə idarəsinin fəaliyyətindən narazıdır.
Hadisə ilə bağlı Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
Hadisələrin təfərrüatları və görüntüləri növbəti yayımda təqdim ediləcəkdir.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024