Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (17-12-2021, 09:34)
28 yaşlı VHP üzvü iş yerində faciəvi şəkildə öldü

28 yaşlı VHP üzvü iş yerində faciəvi şəkildə öldü

Dekabrın 16-sı saat 11 radələrində paytaxtın “İndigo” MMC-yə məxsus mətbəənin operatoru 1993-cü il təvəllüdlü Xəyyam Təhməzov iş yerində ölüb.

Prokurorluqdan verilən məlumata görə, hadisə Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə baş verib.

X.Təhməzov kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyirmiş. Bu zaman qurğunun içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini avadanlığın içinə salıb. Hidravlik pressin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Qeyd edək ki, Xəyyam Təhməzov Vətəndaş Həmrəliyi Partiyasının (VHP) Cəbrayıl rayon təşkilatının üzvü olub.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024