Dekabrın 13-də Rusiyanın paytaxtı Moskva şəhərində Murad Oqanesyan adlı şəxs özəl klinikalardan birinə daxil olaraq həkim Camal Odilovu qətlə yetirmək məqsədilə ona bıçaqla xəsarətlər yetirib.

“Mediatv.az” xəbər verir ki, məsələ ilə bağlı Ombudsman Aparatı məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşları tərəfindən saxlanılan erməni əsilli M.Oqanesyan dindirilmə zamanı müstəntiqə cinayət əməlini törətmə səbəbindən danışarkən Camal Odilovun məhz azərbaycanlı olduğunu düşündüyü üçün öldürmək istədiyini bildirib.“Təəssüflər olsun ki, uzun illər ərzində Ermənistanda azərbaycanlılara qarşı yürüdülən nifrət siyasətinin nəticəsi olaraq erməni cəmiyyətində azərbaycanlılara və digər millətlərə qarşı dözümsüzlük mühiti yaradılıb, nifrət zəminində cinayətlərin törədilməsi təşviq olunub və hazırda da davam etməkdədir.
Ombudsman olaraq Ermənistanın yürütmüş olduğu nifrət siyasəti nəticəsində azərbaycanlılara qarşı törədilən cinayətləri qəti şəkildə pisləyir, Ermənistan rəhbərliyini millətlər arasında düşmənçiliyi qızışdıran, regionda sülhü və insan hüquqlarını təhdid edən hərəkətlərin təşviqindən çəkinməyə çağırırıq”.