Mediatv.az xəbər verir ki, Həbip Öztürk adlı ata 7 yaşlı qızının boğazı kəsib. Azyaşlı hadisə nəticəsində qanaxmadan dünyasını dəyişib. Bundan sonra ata intihar edib.
Belə ki, Həpip həyat yoldaşı ilə boşanma ərəfəsində olub. O, bir müddətdirmiş ki, xaricdə yaşayırmış. Lakin Öztürk ötən gün İstanbula gəlib. O, qızını nənəsindən götürərək, parka aparacağını və onunla vaxt keçirmək istədiyini bildirib.
Gecə saatlarına qədər övladından xəbər ala bilməyən ana narahat olub. O, ərinin yaşadığı evə gedib. Qapının açılmadığını görən qadın polisə müraciət edib. Hadisə yerinə gələn polis qrupları qapını açdıqda dəhşətli mənzərə ilə qarşılaşıblar. Cəsədlər tibbi ekspertizaya göndərilib.
Həpip Öztürkün telefonun baxış keçirilib. O, ölümündən bir neçə saat əvvəl qızı ilə foto paylaşaraq, "Səni sevirəm, qızım" sözünü yazıb.
Faktla bağlı araşdırmalara başlanılıb.