Azərbaycan Milli Elmlər Akademiyasının sənaye parkında bədbəxt hadisə nəticəsində ölüm hadisəsi baş verib.

Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı şəhər sakini 55 yaşlı Kəmaləddin Mehrəliyev sənaye parkında çalışarkən hündürlükdən yıxılaraq ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.