Lənkəran şəhərində intihar hadisəsi baş verib.

Mediatv.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Digah kəndində baş verib.

Belə ki, 1974-cü il təvəllüdlü Rufullayev Vüqar Rufulla oğlunun meyiti evlərinin zirzəmisində aşkar olunub.

Meyid müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.