DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan DİA.AZ-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq hadisəsini törətməkdə şübhəli bilinən Yeni Şıxımlı kənd sakini dörd gənc, əvvəllər məhkum olunmuş Loğman Şıxaliyev və Amil Səmidov, Saməddin Həmidov və bir yeniyetmə saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər qabaqcadan əlbir olaraq tamah məqsədilə qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Faktla Kürdəmir RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.



