Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (22-04-2021, 16:20)
Ukraynada Akademik Zərifə Əliyevanın adı ilə bağlı təxribat — Azərbaycan Səfirliyi nə ilə məşğuldur?

Ukraynada Akademik Zərifə Əliyevanın adı ilə bağlı təxribat
Ukraynanın İrpen şəhərində Akademik Zərifə Əliyevanın adını daşıyan küçə və istirahət parkı ilə bağlı təxribata yol verilib.

Bu barədə Demokrat.az-a İrpen şəhərində yaşayan soydaşlarımızdan məlum daxil olub.

Məlumata görə, son vaxtlar Akademik Zərifə Əliyevanın adını daşıyan küçə və istirahət parkının adı naviqasiya proqamlarında "Зои Алиевой" kimi dəyişdirilib. Halbuki, əvvəllər bu küçə və ünvanın adı GPS sistemində də "Akademik Zərifə Əliyeva" adlanırdı.

Soydaşlarımız deyir ki, Akademik Zərifə Əliyevanın adını daşıyan küçə və parkla bağlı yaranmış problemin kökü İrpen şəhər meriyası və ya Kiyev Dövlət Administrasiyasından qaynaqlansa da, ancaq Azərbaycan Səfirliyi də məsələyə biganə yanaşır.

İrpen şəhərinin Stoyanka qəsəbəsinin azərbaycanlı sakinləri dəfələrlə Azərbaycanın Ukraynadakı Səfirliyinə telefonla zəng edib məlumat versələr də, ancaq səfirlik onların müraciətini araşdırmır.

Soydaşlarımızın sözlərinə görə, məsələnin araşdırılması və mövcud təxribatın aradan qaldırılması üçün Azərbaycanın Ukraynadakı Səfirliyi hələ də fəaliyyətə keçməyib.

İrpen şəhərində Azərbaycanın görkəmli alimi Zərifə Əliyevanın adının əbədiləşdirilməsinə qarşı çıxanlar kimlərdir?

Sanki insanların şüuruna "Зои Алиевой" adı məqsədli şəkildə yerdilir ki, Akademik Zərifə Əliyevanın adı unudulsun. Hətta, İrpendən Kiyevə gedən avtomobil yolunun kənarlarına "Akademik Zərifə Əliyeva küçəsi" yazısı əvəzinə, "Зои Алиевой" yazılmış lövhələr qoyulub.

Əgər Azərbaycan Səfirliyi məsələyə susqunluğunu belə davam etdirsə, o zaman aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 98-ci ildönümü onun adını daşıyan ünvanda deyil, indi adı "Зои Алиевой" kimi keçən yerdə qeyd olunacaq.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı Səfirliyinə informasiya sorğusu göndərsək də, hələlik cavabladırılmayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024