Hadisə (5-04-2021, 23:12)
Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib
Turantv.az xəbər verir ki,3.04.2021-ci il saat 11 radələrində Cəlilabad rayon 2 saylı tam orta məktəbində şagirdlər arasında mübahisə zəminində bıçaqlanma hadisəsi baş verib.
Belə ki,həmin məktəbin 8-ci sinif şagirdi,2007-ci il təvəllüdlü, Hacıyev Nazim Aqil oğlu, 9-cu sinif şagirdləri olan Əhmədov Xəzani Tərlan oğlunu və Astanov Vahid Vidadi oğlunu mübahisə etdikdən sonra bir neçə bıçaq zərbəsi ilə xəsarət yetirmişdir.
Bıçaqlanan hər iki şagird Təcili Tibbi Yardım Maşını ilə Cəlilabad RMX-na çatdırılmışdır.Mərkəzi Xəstəxanadan verilən məlumata görə xəsarət alan şagirdlərin vəziyyəti normaldır.Ambulator müalicə olunmaq üçün evə buraxılmışdır.
Hadisə ilə bağlı məlumat öyrənmək üçün Cəlilabad rayon 2 saylı tam orta məktəbin direktoru Sayyad Bağırovla əlaqə saxladıq.O şagirdlər arasında baş vermiş insidentin olduğunu inkar edərək və bu haqda məlumat verməkdən imtina etdi.
P.S.Şagirdləri bıçaqlayan Hacıyev Nazim Aqil oğlunun yuksək vəzifəli bir məmurun oğlu olduğu bildirilir.