DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Mediatv.az-a verilən məlumata görə, keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə məşğul olmaqda şübhəli bilinən, rayonun Şərif kənd sakini Şirin Süleymanov saxlanılıb.

Onun yaşadığı evin həyətinə baxış zamanı istixanada əkilib-becərilməsi qadağan edilən, hündürlükləri 90 sm-dən 120 sm-dək olan çətənə kolları aşkar edilib. Saxlanılan şəxs narkotik vasitəni yanvar ayında əkdiyini və xüsusi qulluq göstərərək yetişdirdiyini bildirib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində araşdırma aparılır.