Mediatv.az apa-ya istinadən xəbər verir ki, bu gün axşam saat 19:00 radələrində Göyçay rayonu Bığır kənd sakini, 1964-cü il təvəllüdlü Umudova Mükafat Eynulla qızı yaşadığı evdə dəm qazından zəhərlənib. 

O, təcili tibbi yardım stansiyasının avtomobili ilə Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. M.Umudova xəstəxanada dünyasını dəyişib. 

Faktla bağlı Göyçay Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.