Hadisə (9-09-2014, 22:11)
Bakı aeroportunda "xəncər insidenti"
Moskva-Bakı aviareysilə Heydər Əliyev Beynəlxalq Hava Limanına daxil olan Azərbaycan vətəndaşı Elxan Hüseynova məxsus baqaj rentgen aparatından keçərkən monitorda xəncərə oxşar predmetin təsviri görünüb.
Dövlət Gömrük Komitəsindən (DGK) "Trend"-ə verilən məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı həmin yükə təkrar gömrük baxışı keçirib və bu zaman E.Hüseynova məxsus baqajdan 1 ədəd gümüşü rəngli metaldan hazırlanan, ümumi uzunluğu təxminən 435 mm olan xəncər aşkar olunub.
İlkin araşdırma zamanı E.Hüseynov qardaşının vəfatı ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərinə getdiyini və mərhumun şəxsi əşyaları ilə birlikdə, yadigar olaraq həmin xəncəri də Azərbaycan Respublikasına gətirdiyini bildirib.
Ədliyyə Nazirliyi Мәһkәmә Ekspertizası Mərkəzinin arayışına əsasən, sözügedən predmet kustar üsulla hazırlanmış - iki tərəfi kəsici, ucu batıcı xassəyə malik olan xəncərdir, soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdır.//musavat.com