Mediatv.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dünən səhər Aralıq dənizinin üzərində olarkən radarlardan itmiş “EgyptAir” aviaşirkətinə məxsus A320 təyyarəsinin qalıqları aşkarlanıb.
Məlumata görə, Paris-Qahirə reysi ilə uçan hava gəmisnin qalıqları İsgəndəriyyə şəhərindən 290 kilometr şimalda Misir hərbçiləri tərəfindən tapılıb.