Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (26-04-2016, 19:16)
“Telefonda sağollaşanda dedi ki, 300 min gətirməyi unutma” - MTN işgəncəsindən keçmiş iş adamı

 

mtn-055

 

“Müstəntiqin təqdim etdiyi kağızlara imza atmadıqca, işgəncələr də artırdı. Hər dəfə məni döyənlərə “yaxşı işləməmisiz” deyib təkrar işgəncə vermələrini tapşırırdı. Barmaqlarım sındırılmışdı, böyrəklərim təpik zərbələrindən bu günə kimi ağrayır. Başıma o qədər təpik dəymişdi ki, başağrılarım hələ də davam edir”.

Mediatv.az xəbər verir ki, bunu virtualaz.org-a dələduzluqda ittiham olunaraq 13 il azadlıqdan məhrum edilən memar-dizayner Muxtar Vəliyev  hazırda cəza çəkdiyi 10 saylı cəzaçəkmə müəssisəsindən göndərdiyi müraciətində yazır.

“Master Dizayn” adlı MMC yaradan M.Vəliyev dövlət sifarişli, eləcə də özəl müəssisələr üçün layihələr hazırlayıb. Şirkət yaradıb, Avropada təhsil almış, inşaat və memarlıq sahəsində xüsusi təkmilləşmə kursları keçmiş gənc memarları şirkətə cəlb edib. Sumqayıtdakı Heydər Əliyev Muzeyinin, Tarix muzeyinin, Dənizkənarı Parkın, MTN-nin Sumqayıt şöbəsinin inzibati binasının rekonstruksiya və dizayn layihələrini, Heydər Əliyev Fondunun xətti ilə həyata keçirilən Bakı Rəssamlar İttifaqının inzibati binasının və onlarla belə binaların rekonstruksiya və dizayn layihələrini gerçəkləşdirib. Ancaq Şirkətin işlərini genişləndirdikcə, sifarişlər, uğurlar artdıqca keçmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş işçilərinin də diqqətini cəlb etməyə başlayıb və…

5 dekabr 2009-cu ildə ofisə maskalı şəxslər basqın edib: “Milli Təhlükəsizlik Nazirliyinin bir dəstə əməliyyatçısı tam silahlanmış şəkildə ofisə basqın etdi. Bütün sənədləri, görüşlərin video və audioları yazılmış diskləri götürdülər. Sabahı gün bir nəfər mənə zəng vuraraq MTN-nin İlqar adlı işçisi olduğunu dedi və məni MTN-ə çağırdı. Telefonda sağollaşanda dedi ki, “gələndə 300 min manat gətirməyi unutma”.

M.Vəliyev səbəbi ilə marqlananda “məbləğ vaxtında çatdırılmasa ailəndən və özündən əlini üz”cavabı verilib.

Dekabrın 7-də MTN-nin binasının qarşısına gedərək həmin  İlqara zəng vurub: “Gəlib məni binanın girişində olan ikimərtəbəli binaya apardı. Orda idmançı görkəmli 4 nəfər vardı. Məndən pulu gətirib gətirmədiyimi soruşdular. Dedim ki, əvvəl aydınlaşdırmaq istəyirəm – pulu sizə niyə verməliyəm?.. Bu sualımdan sonra elə oradaca qollarımı qandalladılar, başıma torba keçirdilər, yerə yıxıb təpiklədilər, şərəf və ləyaqətimi alçaldan hərəkətlər etdilər. Sonra da sürüyüb başqa bir otağa apardılar. Qandalı, torbanı çıxartdılar, gözümü açanda qarşıma qələm, kağız qoyub dedilər ki, “nə desək, onu yazacaqsan”.

Məhbus MTN zirzəmisindəki işgəncələrdən yazır: “Müstəntiqin təqdim etdiyi kağızlara imza atmadıqca, işgəncələr də artırdı. Hər dəfə məni döyənlərə “yaxşı işləməmisiz” deyib təkrar işgəncə vermələrini tapşırırdı. Barmaqlarım sındırılmışdı, böyrəklərim təpik zərbələrindən bu günə kimi ağrayır. Başıma o qədər təpik dəymişdi ki, başağrılarım hələ də davam edir”.

Bütün bunlara dözməyən M.Vəliyev hətta Kürdaxanı təcridxanasında intihara əl atıb. Yalnız həkimlərin sayəsində sağ qalıb.

M.Vəliyev baş prokurorluğa müraciət edərək işinə yenidən baxılmasını, MTN-in İstintaq İdarəsində ona işgəncə verən şəxslərin cəzalandırılmasını istəyib.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024
28 11 2024