Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (1-05-2015, 15:55)
Cavid Qurbanovun bankında inanılmaz cinayətlər - Faktlar

“Mən Rusiya vətəndaşıyam. 2001-ci ildə “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova mülkümü, biznesimi zorla əlimdən alıb, özümü də ölkədən çıxarıblar. Bu gün də məni hədələyirlər. Mən Rusiyaya qovulana qədər Azərbaycan vətəndaşı olmuşam. Məni əmlakımdan, biznesimdən məhrum etməklə yanaşı Pərvanə Novruzova faktiki vətənimdən, vətəndaşlığımdan da məhrum etdi” – Gəncə sakini Natalya Kərimova vəkili Ceyhun Yusifov vasitəsi ilə mətbuata müraciətində belə yazır

 

Qadın prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Rusiyanın Azərbaycandakı səfirinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova və digər səlahiyyət sahiblərinə ünvanladığı məktubda “Gəncəbank” Müşahidə Şurasının sədri Pərvanə Novruzovanın əməllərindən yazır. 
Bankın müşahidə şurasının üzvü C.Qurbanovun atası Qənbər Qurbanovdan kömək istəyir: “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin rəhbəri, Qənbər Şəmşiroğluna, Milli Məclisin deputatı, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qənbər oğluna. Hörmətli Qəmbər müəllim! Yəqin ki, “Gəncəbank” ASC-nin qadın rəhbəri Pərvanə Cəmilqızının mənim başıma oyun açaraq Gəncədəki mülklərimi ələ keçirməsi barədə ölkə prezidenti cənab İlham Əliyevə, 1-ci xanım Mehriban Əliyevaya, hüquq-mühafizə orqanlarına və Rusiyanının Azərbaycandakı səfirliyinə etdiyim müraciətdən məlumatınız vardır. Mən Azərbaycana gəlmək istəmirdim. Araşdıranda ki, Azərbaycan necə bir demokratik ölkə olub və ölkə prezidentinin insanlara və xüsusən də milli azlıqlara göstərdiyi diqqət və qayğı mənim yenidən Azərbaycana gəlməyimə və Pərvanə Cəmilqızı tərəfindən tapdalanmış hüquqlarımın bərpa edilməsi üçün müraciət etməyimə səbəb oldu.  Mən ölkə prezidenti cənab İlham Əliyevə çox inanıram. Azərbaycan onun sayəsində regionda, mən deyərdim ki, dünyada söz sahibi olan ölkə həddinə çatmış və ən nümunəvi tolerant ölkədir. 2001-ci ildə mənə imkan vermədilər ki, rəhmətlik mərhum Heydər Əliyevin qəbuluna düşüm. Ona görə ki, mənim mülklərimi ələ keçirtmək məqsədilə Pərvanə Cəmilqızı iki azyaşlı qızımın başına oyun açdırmaq hədəsi ilə məni ölkədən çıxmağa vadar etdi. Mən dediyim kimi, Azərbaycana gəlməmişdən araşdırdım ki, Sizin də həmin bankda səhmləriniz var. Sizin kim olduğunuzu araşdırdım. Gördüm ki, Azərbaycanda hörmət edilən el ağsaqqalı və ədalətli insansınız. Mən bu sözləri səmimi hislərimlə yazıram. Düzdür, Sizin 2001-ci ildə həmin bankda səhmləriniz olmamışdır. Ancaq keçmişi cinayətkar qrupu maliyyələşdirən və rəhbəri Pərvanə Cəmilqızı yetirən bir bankda Sizin səhmlərinizin olması məni çox təəccübləndirdi. Sonra fikirləşdim ki, bu hadisələrdən Sizin xəbəriniz olmaz. Çünki Siz böyük bir elin, Kəlbəcərin ağsaqqalı, Azərbaycan xalqının ürəyində xoş bir yeriniz olan bir insan və ən əsası “Dədə Şəmşir” Ocağının yetirməsisiniz. “Dədə Şəmşir” öz əsərlərində daima haqqı və ədaləti təmsil etmiş və həmişə də bu cür haqsızlıqlara baş əymədən ömür sürmüşdür. Mən hesab edirəm ki, onun övladı və nəvəsi də bu cür insandı. Sadəcə, mənim Sizdən bir xahişim var ki, bu işin ədalətli şəkildə araşdırılmasında maraqlı olasınız. Kimsəsiz və sahibsiz bir rus qadınının başına açılmış bu oyunlara göz yummayacağınızdan əminəm. Mənim sonda bir xahişim də var: vaxtınızdan 5 dəqiqə ayırıb məni dinləyəsiniz”.
N.Kərimova məktubunda yazır ki,  “Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova onun biznesini, mülklərini zorakılıqla ələ keçirib: “Milliyətcə rusam. Mahir Kərimovla 1982-ci ildə ailə həyatı qurmuşuq. 2 qızım var. O dövrdə həyat yoldaşım hərbiçi idi və biz Gəncə şəhərindəki hərbi şəhərcikdə yaşayırdıq. Həyat yoldaşım 1988-ci ildə Qarabağ müharibəsi başlayandan sonra, 1991-1994-cü il tarixədək Tərtər və digər rayonunda döyüşlərdə iştirak edib. Atəşkəs elan olunduqdan sonra polis orqanlarında fəaliyyətə başlayıb. 1998-ci ildə Gəncə İcra Hakimiyyətinin sərəncamı ilə Qarabağ müharibəsi iştirakçısı olan yoldaşıma sahibkarlıq fəaliyyəti göstərmək üçün Gəncə şəhəri, H.Əliyev prospekti 87 ünvanında torpaq sahəsi ayrıldı. Borc-xərc taparaq həmin ünvanda gözəllik salonu tikdirdik. Anam Yelena Drobıyşeyevskaya Rusiyadakı mülklərini sataraq Azərbaycana gəlmişdi. Obyektin tikintisinə xərclədiyimiz pulların böyük hissəsini də bizə o vermişdi. 2000-ci ilin sentyabr-oktyabr aylarında gözəllik salonunu tam tikdirib başa çatdırdım. Adını da adıma uyğun ”Nataşa" salonu qoydum. Salonun rəsmi açılış mərasimi də keçirildi. Həmin açılışda Gəncə şəhərinin rəsmi şəxsləri, o cümlədən icra başçısı E.Babayev və polis rəisi Qərib Həsənov da iştirak etdilər. Açılışın videosu hazırda əlimdədir. Həmin salondan 20-22 ailə dolanırdı. 1 il həmin salonu mən özüm işlətmişəm”. 
N.Kərimova yazır ki, bu gün “Afrodita” adlanan salonun ön hissəsi o dövrdə şüşədən olub və bu səbəbdən yay aylarında salonda dözülməz istilik yaranıb: “2001-ci ilin yayında hazırda ”Gəncəbank" ASC-nin idarə heyətinin sədri Pərvanə Novruzova salona gəldi. Salon həddindən çox isti idi. Pərvanə Novruzova kondisioner quraşdırmağı məsləhət gördü. Dedim ki, binanın tikilməsi üçün aldığım borcları hələ qaytara bilməmişəm. Borcları ödədikdən sonra kondisioner alacağam. O da dedi ki, “bacın ölməyib ki, mən sənə pul verərəm, 5 il müddətində yavaş-yavaş qaytararsan”. 
“Pərvanə yanındakı qolçomaqlara bildirdi ki, onun o azyaşlı qızını zorlayın. Mən əvvəlcə buna inanmadım. Düşündüm ki, bu qədər də qəddar olmazlar ki, azyaşlı uşağın başına oyun açsınlar. Sonra baxdım ki, qızımın əynindəki paltarı cırmağa başlayırlar. Belə olan halda nə qədər onlara yalvardımsa, mümkün olmadı ki, olmadı...”  
Pərvanə Novruzovanın bu addımı mənə yaxşılıq etmək məqsədi ilə atdığını düşündüm. Onun idarə etdiyi bankdan 5 il müddətinə 5 min dollar pul götürdüm, girov kimi də aldığım kondisionerləri qoymuşdum. Bir gün Pərvanə banka yoxlama gəldiyini, ona görə də yoxlama gedənədək həmin kredit müddətinin 3 aylıq etməsini məndən xahiş etdi. 1 həftə, 10 gün sonra yəni yoxlama gedəndən sonra yenidən dəyişdirib 5 illik edəcəyini söz verdi. Aradan bir ay keçməmiş mənim üstümü kəsdi ki, nə olur olsun, pulu qaytar, nə 5 il, pulu 3 ay ərzində qaytarmalısan. Qaytarmayacağım təqdirdə salonu məndən zorla alacağını bildirdi. 1 gün sonra “Gəncəbank”ın rəhbəri Pərvanə Novruzova və yanındakı 3 maşın qolçomaqla salona gələrək salonun şüşələrini sındırıb içəri daxil oldular. Onunla gələnlər mənə işgəncə verdilər. Çölə atıb qapının kilidlərini də dəyişdirib obyektimi zorla əlimdən aldılar. Pərvanənin həddindən çox nüfuzlu və təhlükəli bir adam olduğunu bildirib rayondakı dövlət idarələri şikayətlərimi qəbul etmədilər".
N.Kərimova müraciətində yazır ki, həyat yoldaşı şərlənmək təhlükəsi qarşısında ölkədən gedib. Onun özü isə zorakılıqlara məruz qalıb: “Səhəri gün salonun qabağında olan zaman Pərvanənin adamları məni zorla bir maşına qoyub Gəncədən qırağa apardılar. Ölümlə hədələyib həmin günün sonunadək bir zirzəmidə saxladılar. Gecə yarısı Gəncəyə qaytarıb tanımadığım bir yerdə tulladılar. Soruşa-soruşa birtəhər gəlib evimi tapdım. Azyaşlı qızım Esmira məni bu halda görüb qorxudan ağlamağa başladı. Qərib Həsənovun  qabağını kəsib başıma gələnləri ona danışdım. O da dedi ki, “bilirəm, o salon sənindi, açılışında mən də olmuşam, amma Pərvanə Novruzova çox təhlükəli adamdır. Çoxlu pulu var və məni də Gəncədən didərgin salar. Ən yaxşısı, get cənab prezidentin qəbuluna düş, yoxsa ayrısının buna gücü çatası deyil”. Rəisin dilindən bu sözləri eşitmək məni qorxuya saldı. Oradan çıxıb, birbaşa Gəncə şəhər prokurorunun qəbuluna gəldim. Orada məni prokurorun köməkçisi qəbul etdi. O da dedi ki, Pərvanə Novruzovaya bizim gücümüz çatmır. O, Gəncədə çox adamın başına bu cür oyun açır. Daxil olan şikayətləri qorxudan qeydiyyata belə ala bilmirlər. Həmin gün axşam məni evimdən məcburi qaydada çıxarıb Pərvanənin yanına apardılar. Dedi ki, Nataşa, sən bu gün Qəribdir nədir, nə bilim prokurordu nədi, onun yanına getmisən. Sən bil ki, rəis yox, mən nə desəm o olacaq". 
N.Kərimova Gəncədə gizli işgəncə zirzəmisinə salındığını qeyd edir: “Yenə məni bir zirzəmiyə salıb olmazın işgəncə verdilər. İşgəncə verə-verə deyirdilər ki, hamı bizdən it kimi qorxur, sən burda yiyəsiz, sahibsiz adam, bizə nə edə bilərsən. İki gün ac-susuz məni həmin zirzəmidə saxladılar. Sonra buraxdılar ki, get fikirləş, salonun sənədlərinin Pərvanə xanımın adına keçir, sənədlərə imza at. Razılaşmadım. Çünki bilirdim ki, əvvəl-axır cənab prezident mərhum Heydər Əliyevin qəbuluna düşəcəm. Ancaq 2 gün sonra təkrar olaraq məni və azyaşlı qızım Esmiranı da bir maşına qoyub apardılar tamam başqa bir sahibsiz və yiyəsiz yerə. Orada Pərvanəni də gördüm. Dedi ki, bu ölkədə bank sahibi 2-3 nəfər adam var, biri də mənəm. Yanındakı adamlara azyaşlı qızımı zorlamaq əmri verdi. Mən əvvəlcə buna inanmadım. Düşündüm ki, bu qədər də qəddar olmazlar ki, azyaşlı uşağın başına oyun açsınlar. Sonra baxdım ki, qızımın əynindəki paltarı cırmağa başlayırlar. Belə olan halda nə qədər yalvadımsa, mümkün olmadı ki, olmadı. Axırda bu cür hərəkətə dözə bilməyib məndən nə desələr onu edəcəklərini bildirdim. Pərvanə mənə dedi ki, ”sən qızını da götür, bu ölkədən çıx, bu ölkədə sənə yer yoxdur". Azyaşlı qızımın başına oyun açacaqlarının real olduğunu, hüquq mühafizə orqanlarının hərəkətsizliyini görüb ölkədən çıxmağa razılaşdım. Pərvanənin qolçomaqları bizi Bakı Dəmiryol vağzalından yola saldılar". 
N.Kərimova Rusiyadan 1 həftə əvvəl geri döndüyünü və mülklərinin geri qaytarılmasını tələb etdiyini yazır.  
Vəkil Ceyhun Yusifov bildirib ki, Pərvanə Novruzovanın barəsində N.Kərimovanın əmlaklarını mənimsədiyinə görə Gəncə Prokurorluğunda cinayət işi başlanıb. Lakin sonradan həmin cinayət işi Baş Prokurorluqdan tələb edilib və geri qaytarılmayıb.
C.Yusifov deyir ki, N.Kərimovanın müraciətlərindən sonra qadını hədələməyə başlayıblar, ona qarşı cinayət işi başladılacağını bildiriblər. Vəkil baş verən qanunsuzluqlarla bağlı yaxın günlərdə mətbuat konfransı keçiriləcəyini və şok faktlar açıqlayacağını da söyləyib.(istiqlal.az)
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024