Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Slayd (18-04-2015, 19:39)
Zorlama, gizli zirzəmi, girov... - Cavid Qurbanovun bankının qadın rəhbəri haqda şok ittihamlar

"Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova vətəndaşın mülkünü zorla ələ keçirməkdə, adam oğurluğunda və işgəncə verməkdə suçlanır; "Qoçularına əmr etdi ki, qızımı zorlasınlar...” 

Bu sözlər Bakı sakini Natalya Kərimovanın prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya, Rusiyanın Azərbaycandakı səfirinə, hüquq mühafizə orqanlarının rəhbərlərinə, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanova və digər səlahiyyət sahiblərinə ünvanladığı məktubdan götürülüb. Məktub müəllifinin C.Qurbanova müraciətinin özəl səbəbi var. "Gəncəbank” bu məmurun adı ilə bağlıdır və bankın müşahidə şurasının üzvü C.Qurbanovun atası Qənbər Qurbanovdur. Bankın saytında Q.Qurbanovun 18,66 faiz paya malik olması da göstərilir. Bundan başqa saytdan bəlli olur ki, Q.Qurbanovun daxili telefonu müşahidə şurası sədrinin daxili nömrəsi ilə eynidir - 102. Bu məlumatdan belə nəticə çıxır ki, məktub müəllifinin şikayətçi olduğu Pərvanə Növruzova ilə Qənbər Qurbanov eyni kabineti bölüşürlər.   
 
İcra başçısı salonun açılışına qatıldı...  
 
N.Kərimova məktubunda yazır ki,  "Gəncəbank”ın Müşahidə Şurasının sədri Pərvanə Novruzova onun biznesini, mülklərini zorakılıqla ələ keçirib: "Milliyətcə rusam. Mahir Kərimovla 1982-ci ildə ailə həyatı qurmuşuq. 2 qızım var. O dövrdə həyat yoldaşım hərbiçi idi və biz Gəncə şəhərindəki hərbi şəhərcikdə yaşayırdıq. Həyat yoldaşım 1988-ci ildə Qarabağ müharibəsi başlayandan sonra, 1991-1994-cü il tarixədək Tərtər və digər rayonunda döyüşlərdə iştirak edib. Atəşkəs elan olunduqdan sonra polis orqanlarında fəaliyyətə başlayıb. 1998-ci ildə Gəncə İcra Hakimiyyətinin sərəncamı ilə Qarabağ müharibəsi iştirakçısı olan yoldaşıma sahibkarlıq fəaliyyəti göstərmək üçün Gəncə şəhəri, H.Əliyev prospekti 87 ünvanında torpaq sahəsi ayrıldı. Borc-xərc taparaq həmin ünvanda gözəllik salonu tikdirdik. Anam Yelena Drobıyşeyevskaya Rusiyadakı mülklərini sataraq Azərbaycana gəlmişdi. Obyektin tikintisinə xərclədiyimiz pulların böyük hissəsini də bizə o vermişdi. 2000-ci ilin sentyabr-oktyabr aylarında gözəllik salonunu tam tikdirib başa çatdırdım. Adını da adıma uyğun ”Nataşa" salonu qoydum. Salonun rəsmi açılış mərasimi də keçirildi. Həmin açılışda Gəncə şəhərinin rəsmi şəxsləri, o cümlədən icra başçısı E.Babayev və polis rəisi Qərib Həsənov da iştirak etdilər. Açılışın videosu hazırda əlimdədir. Həmin salondan 20-22 ailə dolanırdı. 1 il həmin salonu mən özüm işlətmişəm". 
Pərvanə Novruzova 3 maşın qolçomaqla salona gələrək...
N.Kərimova yazır ki, bu gün "Afrodita” adlanan salonun ön hissəsi o dövrdə şüşədən olub və bu səbəbdən yay aylarında salonda dözülməz istilik yaranıb: "2001-ci ilin yayında hazırda ”Gəncəbank" ASC-nin idarə heyətinin sədri Pərvanə Novruzova salona gəldi. Salon həddindən çox isti idi. Pərvanə Novruzova kondisioner quraşdırmağı məsləhət gördü. Dedim ki, binanın tikilməsi üçün aldığım borcları hələ qaytara bilməmişəm. Borcları ödədikdən sonra kondisioner alacağam. O da dedi ki, "bacın ölməyib ki, mən sənə pul verərəm, 5 il müddətində yavaş-yavaş qaytararsan”. 
Pərvanə Novruzovanın bu addımı mənə yaxşılıq etmək məqsədi ilə atdığını düşündüm. Onun idarə etdiyi bankdan 5 il müddətinə 5 min dollar pul götürdüm, girov kimi də aldığım kondisionerləri qoymuşdum. Bir gün Pərvanə banka yoxlama gəldiyini, ona görə də yoxlama gedənədək həmin kredit müddətinin 3 aylıq etməsini məndən xahiş etdi. 1 həftə, 10 gün sonra yəni yoxlama gedəndən sonra yenidən dəyişdirib 5 illik edəcəyini söz verdi. Aradan bir ay keçməmiş mənim üstümü kəsdi ki, nə olur olsun, pulu qaytar, nə 5 il, pulu 3 ay ərzində qaytarmalısan. Qaytarmayacağım təqdirdə salonu məndən zorla alacağını bildirdi. 1 gün sonra "Gəncəbank”ın rəhbəri Pərvanə Novruzova və yanındakı 3 maşın qolçomaqla salona gələrək salonun şüşələrini sındırıb içəri daxil oldular. Onunla gələnlər mənə işgəncə verdilər. Çölə atıb qapının kilidlərini də dəyişdirib obyektimi zorla əlimdən aldılar. Pərvanənin həddindən çox nüfuzlu və təhlükəli bir adam olduğunu bildirib rayondakı dövlət idarələri şikayətlərimi qəbul etmədilər".
Polis rəisi dedi ki, get cənab prezidentin qəbuluna düş...
Məktub müəllifi yazır ki, həyat yoldaşı şərlənmək təhlükəsi qarşısında ölkədən gedib. Onun özü isə zorakılıqlara məruz qalıb: "Səhəri gün salonun qabağında olan zaman Pərvanənin adamları məni zorla bir maşına qoyub Gəncədən qırağa apardılar. Ölümlə hədələyib həmin günün sonunadək bir zirzəmidə saxladılar. Gecə yarısı Gəncəyə qaytarıb tanımadığım bir yerdə tulladılar. Soruşa-soruşa birtəhər gəlib evimi tapdım. Azyaşlı qızım Esmira məni bu halda görüb qorxudan ağlamağa başladı. Qərib Həsənovun (Gəncənin o vaxtkı polis rəisi-red.) qabağını kəsib başıma gələnləri ona danışdım. O da dedi ki, ”bilirəm, o salon sənindi, açılışında mən də olmuşam, amma Pərvanə Novruzova çox təhlükəli adamdır. Çoxlu pulu var və məni də Gəncədən didərgin salar. Ən yaxşısı, get cənab prezidentin qəbuluna düş, yoxsa ayrısının buna gücü çatası deyil" Rəisin dilindən bu sözləri eşitmək məni qorxuya saldı. Oradan çıxıb, birbaşa Gəncə şəhər prokurorunun qəbuluna gəldim. Orada məni prokurorun köməkçisi qəbul etdi. O da dedi ki, Pərvanə Novruzovaya bizim gücümüz çatmır. O, Gəncədə çox adamın başına bu cür oyun açır. Daxil olan şikayətləri qorxudan qeydiyyata belə ala bilmirlər. Həmin gün axşam məni evimdən məcburi qaydada çıxarıb Pərvanənin yanına apardılar. Dedi ki, Nataşa, sən bu gün Qəribdir nədir, nə bilim prokurordu nədi, onun yanına getmisən. Sən bil ki, rəis yox, mən nə desəm o olacaq". 
 
Gəncədə gizli işgəncə zirzəmisi varmış!
N.Kərimova Gəncədə gizli işgəncə zirzəmisinə salındığını qeyd edir: "Yenə məni bir zirzəmiyə salıb olmazın işgəncə verdilər. İşgəncə verə-verə deyirdilər ki, hamı bizdən it kimi qorxur, sən burda yiyəsiz, sahibsiz adam, bizə nə edə bilərsən. İki gün ac-susuz məni həmin zirzəmidə saxladılar. Sonra buraxdılar ki, get fikirləş, salonun sənədlərinin Pərvanə xanımın adına keçir, sənədlərə imza at. Razılaşmadım. Çünki bilirdim ki, əvvəl-axır cənab prezident mərhum Heydər Əliyevin qəbuluna düşəcəm. Ancaq 2 gün sonra təkrar olaraq məni və azyaşlı qızım Esmiranı da bir maşına qoyub apardılar tamam başqa bir sahibsiz və yiyəsiz yerə. Orada Pərvanəni də gördüm. Dedi ki, bu ölkədə bank sahibi 2-3 nəfər adam var, biri də mənəm. Yanındakı adamlara azyaşlı qızımı zorlamaq əmri verdi. Mən əvvəlcə buna inanmadım. Düşündüm ki, bu qədər də qəddar olmazlar ki, azyaşlı uşağın başına oyun açsınlar. Sonra baxdım ki, qızımın əynindəki paltarı cırmağa başlayırlar. Belə olan halda nə qədər yalvadımsa, mümkün olmadı ki, olmadı. Axırda bu cür hərəkətə dözə bilməyib məndən nə desələr onu edəcəklərini bildirdim. Pərvanə mənə dedi ki, ”sən qızını da götür, bu ölkədən çıx, bu ölkədə sənə yer yoxdur". Azyaşlı qızımın başına oyun açacaqlarının real olduğunu, hüquq mühafizə orqanlarının hərəkətsizliyini görüb ölkədən çıxmağa razılaşdım. Pərvanənin qolçomaqları bizi Bakı Dəmiryol vağzalından yola saldılar". 
 
Cinayət işi başlanmasını istəyirik!
N.Kərimova Rusiyadan 1 həftə əvvəl geri döndüyünü və mülklərinin geri qaytarılmasını tələb etdiyini yazır.  
N.Kərimovanın vəkili Ceyhun Yusifov "Yeni Müsavat”a açıqlamasında müvəkkilinin üzləşdiyi qanunsuzluqların araşdırılması üçün müvafiq dövlət orqanlarına müraciətlər etdiyini dedi. Bildirdi ki, baş verənlərlə bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq), 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanmalıdır. Vəkil müvəkkilinin xüsusi qorumaya götürülərək "Gəncəbank” ASC-nin fəaliyyətinin ciddi şəkildə kompleks yoxlanılmasının, bu halların araşdırılması məqsədilə xüsusi İstintaq Komissiyanın yaradılmasının vacib olduğunu vurğulayıb. 
Məsələ ilə bağlı "Gəncəbank”la əlaqə saxladıq. Bankın İdarə Heyətinin sədri vəzifəsini icra edən Elnur Həmidov P.Novruzovanın işə çıxmadığını bildirərək ona yönəlik ittihamlara cavab verə bilməyəcəyini söylədi. (musavat.com)

 

 

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024