Ləvğ edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq əməkdaşlarının daha bir sahibkarın külli miqdarda pulunu ələ keçirməsi barədə məlumat var.
Xeberinfo.com: Bu barədə lent.az- a vəkil Adəm Məmmədov məlumat verib. O bildirib ki, MTN-in hazırda həbsdə olan Füzuli və Natiq adlı zabitləri Bəxtiyar adlı sahibkardan 100 min ABŞ dolları, 20 min manat və 50 ədəd İphone markalı telefonu hədə-qorxu yolu ilə alıblar.
Vəkil onu da bildirib ki, artıq bununla bağlı müvəkkili Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində dindirilib.
Faktla bağlı araşdırma başlanılıb.