Cəmiyyət (25-09-2014, 10:36)
Şantaj edilən hakimin vəkili danışdı
Həsən Əliyevdən şikayət edənin özü haqda da cinayət işi var
Nərimanov prokuroru Fikrət Mahmudov və müavini Cavid Quliyev tərəfindən şantaj edildiyi bildirilən sabiq hakim Həsən Əliyevin vəkili Sadiq Rəsulov danışıb.
Vəkil Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin rəisi, istintaq qrupunun rəhbəri Eldar Əhmədovun imzaladığı qərarla prokuror Fikrət Mahmudov, müavini Cavid Quliyev, polis idarəsinin rəisi Hikmət Usubov, əməliyyatçı Məhərrəm Həsənov, təhqiqatçı Şövqi İsmayılov və cinayət işi üzrə zərərçəkmiş şəxs olan Ramazan Səlimov barədə CM-in 178.3.2.(dələduzluq), 308.2.(vəzifə saəlhiyyətlərindən sui-istifadə), 311.3.1., 311.3.3. (rüşvət alma), 314.2.-ci (səhlənkarlıq) maddələri ilə cinayət işinin ayrıca icraata ayrıldığını təsdiqləyib.
Vəkil interpress.az-a bildirib ki, hakimdən şikayət edən Ramazan adlı şəxsin Rusiyada yaşayan iş adamı olduğu vurğulansa da, bu məlumat həqiqətə uyğun deyil: “Sorğularımız əsasında bizə təqdim edilən sənədlərdən də görünür ki, Ramazan Səlimov ölkənin sərhədlərini tərk etməyib. Belə olan halda onun bütün mətbuatda Rusiyada fəaliyyət göstərən iş adamı kimi göstərilməsi barədə məlumatlar həqiqətə uyğun deyil. Digər tərəfdən, Ramazan Səlimov özü bu hadisələrdən öncə Bakı şəhər Xətai Rayon Məhkəməsinin hökmü ilə CM-in 178.2.4-cü maddəsi ilə dələduzluq etdiyinə görə artıq bir dəfə mühakimə edilib və bu barədə hazırkı cinayət işinin materiallarında müvafiq sənədlər var. Həmin cinayət işinin materiallarında Ramazan Səlimovun öz əli ilə yazdığı iltizam var və o, bu iltizamda dələduzluq etdiyini etiraf edib”.
Vəkil müvəkkili haqda mətbuatda yazılanlara da toxunub: “Həmin yazılarda belə təqdim edilir ki, hazırkı cinayət işi sanki Ramazan Səlimovun şikayət ərizəsi əsasında başlanıb. Lakin iş materialları ilə tanış olmuş şəxslərin hamısına məlumdur ki, əslində hər şey məhz Ramazan Səlimovun Yahyayev Qüdrət Əbülfəz oğlunun 6.500 manat, Haqverdiyev Tariyel Tarverdi oğlunun 10 min ABŞ dolları və 1000 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsi barədə həmin şəxslərin 16-cı polis bölməsinə etdikləri şikayətdən başlayıb. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ramazan Səlimovun Yahyayev Qüdrət Əbülfəz oğlundan və Haqverdiyev Tariyel Tarverdi oğlundan külli miqdarda pul vəsaitini təkrarən dələduzluq yolu ələ keçirməsi faktı üzrə CM-in 178.3.2-ci maddəsi ilə cinayət işinin istintaqı aparılır”.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024