Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (13-02-2016, 17:35)
Həbsxanada öldürülən 23 yaşlı gəncin atası: "Oğlum döyülərək öldürülüb" - FOTOLAR

Fevralın 12-də Penitensiar Xidmətin 6 saylı cəzaçəkmə müəssisəsində döyülərək öldürülən  23 yaşlı Nurani İbrahimov Hövsan qəsəbəsində Dədə Qorqud qəbristanlığında dəfn edilib.
Mediatv.az xəbər verir ki, Mərhumun atası Fuad İbrahimov dəfndə iştirak edənmusavat.com saytının əməkdaşına bildirib ki, oğluna işgəncə verilib, o, döyülərək öldürülüb.
 
"Oğlumdan başqa bir məhkum da öldürülüb. Hər ikisini vəhşicəsinə döyüblər. Sonra onları Məhkumların Müalicə Müəssisəsinə aparıblar. Zəng edib dedilər ki, guya oğlun narkotik maddə istifadə edib. Buna görə də ölüb. Siqaret çəkməyən adam idi. Hər kəs onu namaz qılan, haqq sözün deyən biri kimi tanıyır" - deyə mərhumun atası bildirdi.
F.İbrahimov deyir ki,  1993-cü il təvəllüdlü Nurani İbrahimov 10 gün əvvələ qədər 2 saylı cəzaçəkmə müəssisəsində olub. Daha sonra yeni rəis Elçin Əlicanov gəldikdən sonra Nuranini və daha 4 məhkumu 6 saylı cəzaçəkmə müəssisəsinə köçürüblər. 
F.İbrahimov nə qədər cəhd etsə də bu müddət ərzində oğlu ilə görüşə bilməyib: "Rəis qəbul etmirdi. Oğlumu görməyə dəfələrlə getdim. Sonra zəng elədilər ki, morqa gəlin".
Oğlunun cəsədində işgəncə izlərinin olduğunu deyən F.İbrahimovun sözlərinə görə, Nuraninin ayaqları sınıb, bütün bədəni zərbələrdən qaralıb.
Dəfn mərsaimində xeyli sayda insan iştirak edirdi. Nurani İbrahimovu tanıyanlar onun 13 yaşından namaz qıldığını, narkotik vasitələrdən istifadə etmədiyini dedilər.
İlk məhkumluğunu yaşayan N.İbrahimov 2011-ci ildə həbsxanaya düşüb. Ata İbrahimov deyir ki, oğlu 18 yaşında bir nəfərlə mübahisə edib. Həmin şəxs oğlunu təhqir edib, Nurani də həmin şəxsə bıçaq zərbəsi endirib. Həmin şəxsin həyatını xilas etmək mümkün olub, Nurani isə 7 il həbs cəzası alıb.
Həbsdə olduğu 4 ildən çox müddətdə heç bir probleminin olmadığını deyən F.İbrahimov oğlunun yanlış əməllərdən həmişə uzaq olmağa çalışan bir insan olduğunu söylədi: "Uşaqlıqdan haqqı deyən olub. Başına bu iş gəldi. Cəzası nə idisə çəkirdi. Həbsxanada da yaxşı insan kimi hörməti var idi. Heç vaxt davası olmayıb. Bir dəfə dava olanda bu tərəfləri sakitləşdirmək, aranı sakitləşdirmək istəyib. O zaman həmin davanın işi Xəzər rayon prokurorluğunda baxıldı və Nuraninin günahsız olduğu sübut olundu".
Mərhumun qardaşı Ramin İbrahimov qardaşı ilə bərabər başqa bir dustaq Sahib Abbasovun da döyülərək öldürüldüyünü və meyitin Gəncəyə göndərildiyini söylədi: "Başqa  iki məhkum - Elmirlə Tariyel də döyülüb. Onların da vəziyyəti ağırdır".
R.İbrahimov musavat.com-a qardaşının morqda çəkilən, bədənində zorakılıq izləri olan fotolarını da təqdim edib.
Penitensiar xidmətin mətbuatla iş üzrə məsul əməkdaşı Yaşar  İsakov musavat.com müxbirinin zənglərinə cavab verməyib. Hansı ki, cənab İsakov bu mövzunu araşdırıb, 13 fevralda cavab verəcəyini müxbirimizə söyləmişdi.




шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024