Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (11-02-2016, 16:15)
Azərbaycan Ermənistana snayper silahı satan şirkətləri məhkəməyə verəcək

Azərbaycan Ermənistana snayper silahları satan şirkətlərə qarşı məhkəmə iddiası qaldırmağı düşünür.

Mediatv.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Ermənistana snayper silahı satılmasında adı hallanan Böyük Britaniyanın “Accuracy International” və Fransanın “PGM Precision” şirkətlərinə qarşı həmin ölkələrin qanunları əsasında məhkəmə iddiası qaldırmaq məsələsini nəzərdən keçirir. Məhkəmədə iddia qaldırmaq üçün xüsusi hüquqi şirkətə müraciət olunacaq.

Məlumatda o da bildirilir ki, Ermənistana satılan silahlar Böyük Britaniyanın “Accuracy International” və Fransanın “PGM Precision” şirkətləri tərəfindən istehsal olunsa da, satışı Fransa ərazisində fəaliyyət göstərmiş başqa şirkət həyata keçirib. Hazırda o şirkətin bağlandığı deyilir. Şirkətin adı və nə qədər silah satması barədə dəqiq məlumat yoxdur. Bu barədə məlumatların məhkəmə tərəfindən araşdırılması planlaşdırılır.

Xatırladaq ki, sosial şəbəkələrdə Ermənistan Silahlı Qüvvələrinin şəxsi heyətinin Fransa və Böyük Britaniya istehsalı olan “PGM Mini-Hecate” və “Arctic Warfare.338 LM” snayper tüfənglərdən istifadə etməsini əks etdirən məlumat və görüntülər yer alıb.

ATƏT-in qərarına uyğun olaraq, Fransa və Böyük Britaniya Ermənistan və Azərbaycana silah embarqosu tətbiq edir və bu embarqo qərarı ölkə qanunvericiliyində də təsbit olunub.

Qanunverciliyə əsasən, bu ölkələrdə döyüş silahlarının idxal-ixrac əməliyyatları zamanı ixrac edən şirkət son istifadəçi şəhadətnaməsi (end-user certificate) təqdim etməlidir.

Xatırladaq ki, 2012-ci ilin iyul ayında britaniyalı silah satıcısı Maykl Reyncer Azərbaycana silah satmağa cəhd etdiyi və qanunu pozduğu üçün 3 il yarım azadlıqdan məhrum edilmişdi.

шаблоны для dle 11.2

Xəbər lenti
28 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024