Hadisə (19-11-2025, 13:00)
Keçmiş baş həkim tibb işçisindən aldığı pulu geri qaytarmır – Şikayət var
Son vaxtlar bəzi xəstəxanalarda, səhiyyə mərkəzlərində baş verən proseslərlə bağlı şikayətlər çoxdur. Xüsusilə də həkimlərin pasientlərdən rüşvət alması, dövlət tərəfindən təmin olunan xəstələrə dərman vasitələrinin çoxunun verilməməsi ilə bağlı şikayətlər var. Bir çox xəstəliklərə görə, dərmanlar pulsuz verilməlidir. Ancaq bəzi xəstəxanalarda vermirlər. Sosial şəbəkələrdə həkimin rüşvət alması ilə bağlı iddiaların əks olunduğu videolar kifayət qədərdir.Təbii ki, bunlar Prezident İlham Əliyev əhalinin sağlamlığı üçün ölkədə tibbi xidmətin keyfiyyətinin artırılmasına nail olduğu bir zamanda kimlərsə dövlət başçısının gördüyü işlərə, onun siyasətinə kölgə salır. Məhz dövlətin tibb işçilərinə yaratdığı şəraiti dərk etməyənlərə görə cəmiyyətdə Azərbaycan səhiyyəsinə inam da azalır.
Aktualinfo.net-ə xəstəxanalarda yığılan pullarla bağlı verilən məlumat isə bir az fərqlidir. Burada həkim pulu pasientdən deyil, tibb işçisindən alıb. Şöbə müdiri vəzifəsinə qoymaq üçün.
Uzun müddət pulmonoloq işləmiş Səadət xanım bildirir ki, 2023-cü ildə Ağdam rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru olan Rövşən Əhmədov ona rəhbərlik etdiyi xəstəxanada şöbə müdiri vəzifəsi təklif edib. Bunun müqabilində də 5 min manat vermək lazım olduğunu deyib.
Səadət xanım deyir ki, mən razı oldum və çalışdığım xəstəxanadan işdən çıxdım. Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənovun qohumu və iş görəni Feyruzla birlikdə Ağdam rayon Mərkəzi Xəstəxanasında 4000 manat pulu Rövşən Əhmədovun mühasibinə verdik. Sonra Ağdam rayon Mərkəzi Xəstəxanasında pulmonoloq kimi işə başladım. Amma həmin vaxt Xəstəxananın direktoru olan Rövşən Əhmədov mənə verdiyi sözü tutmadı və mən məcbur olub üç-dörd aydan sonra işdən çıxmalı oldum. İşdən çıxdıqdan sonra Rövşən Əhmədova verdiyim 4000 manat pulu geri istədim və arıq iki ilə yaxındır ala bilmirəm.
2024-cü ilin may ayında Rövşən Əhmədov Ağdam rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifədən azad edildi. Buna baxmayaraq onun yaxşı imkanı var. Bakıda bir neçə yerdə evi, restoronı var. Amma iki ildir ki, ona işə təyin olunmağımla əlaqədar verdiyim 4000 manat pulu geri qaytarmır.
Pulmonoloq Səadət xanım şikayətinə onu da əlavə etdi ki, dövlətimizin başçısı İlham Əliyev cənabları ölkəmizdə səhiyyə sisteminin yaxşılaşdırılması, müasirləşdirilməsi üçün əlindən gələni edir. Son illər səhiyyə sistemin inkişaf etməsi də bu işlərin nəticəsidir. Lakin Rövşən Əhmədov kimi məmurlar hər vəchlə səhiyyədən qazanc əldə etməyə çalışırlar. Odur ki, Rövşən Əhmədovun əməllərini ictimaiyyətə çatdırmaq lazımdı ki, qoy səhhiyyənin adına ləkə gətirən işlərdən əl çəksin. Mənim də min bir əziyyətlə topladığım pulumu geri qaytarsın.
Qeyd edək ki, sosial şəbəkələrdə Rövşən Əhmədovun Ağdam rayon Mərkəzi Xəstəxanasının direktoru olduğu zaman yol verdiyi özbaşınalıqlarla bağlı video müraciət də var. Hazırda Rövşən Əhmədov Yevlax rayon Mərkəzi Xəstəxanasında həkim-cərrah kimi fəaliyyətini davam etdirir. Bir xəstəxananın direktoru vəzifəsindən alınaraq bir həkim-cərrah kimi işə təyin olunması Rövşən Əhmədovun bəzi gizli işlərindən xəbər verir. Görsənən odur ki, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanov onu işdə yol verdiyi noqsanlara görə bu formada cəzalandırıb.
Şikayətlə əlaqədər həkim-cərrah Rövşən Əhmədovla əlaqə saxladıq. O, yanında xəstə olduğunu, belə bir hadisəni xatırlamadığını bildirdi. Buna baxmayaraq yazıda adı hallanan hər kəsin mövqeyini dərc etməyə hazırıq.
Aktualinfo.net
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025
24 11 2025























