Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Hadisə (21-12-2022, 08:46)
Azərbaycanda mağarada 30 metr dərinliyində göl – Foto

 Kult.az “Güney Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) mahalı haqda məlumatı təqdim edir:
Coğrafi mövqeyi və inzibati bölgüsü
Soyuqbulaq mahalı Qərbi Azərbaycan əyalətinin cənubunda yerləşən dörd böyük mahaldan biridir. Mahal mərkəzi Urmiyanın 120 kilometrliyində, Soyuqbulaq çayının şərq sahilində yerləşir. Mahal dəniz səviyyəsindən 1340 metrə yüksəklikdədir.
Soyuqbulaq mülayim dağlıq iqlimə malik olduğu üçün yayının sərin, qışının isə çox soyuq keçməsi ilə seçilir. Mahal şimaldan Sulduz, şimal-qərbdən Xana, cənub və cənub-qərbdən Sərdəşt, cənub və cənub-şərqdən Bukan, şərq və şimal-şərqdən Qoşaçay mahalları ilə əhatə olunub.
Əhalisi, adının etimologiyası, inancı
Soyuqbulaq mahalının sahəsi 2592 kvadrat kilometrdir. Bu, əyalətin 9,6 faiz ərazisini təşkil edir. Mahal bir şəhər, iki bölgə, 5 kənd rayonu və 200 kənddən ibarətdir. 2016-cı ildə aparılan siyahıyaalmaya əsasən, Soyuqbulaqda 255,600 nəfər yaşayır. Onların 128100 nəfəri kişi, 127500 nəfəri isə qadındır. Mahalın əhalisinin təxminən 60 faizi şəhərdə, 40 faizi isə kəndlərdə məskunlaşıb.
Tarixçilər, eləcə də araşdırıcılar mahalın və mahal mərkəzinin adının Soyuqbulaq-Savucbulaq adlı çaydan götürüldüyünü yazırlar. Güney Azərbaycanın bir çox yerlərində olduğu kimi, şəhər və mahalın adı Rza Pəhləvi dövründə dəyişdirilərək “Mahabad” adlandırılıb.
Bununla belə, hazırda da yerli əhali olan Azərbaycan türkləri şəhəri əski adı ilə Soyuqbulaq-Savucbulaq adlandırırlar.
Soyuqbulaq çoxetnoslu mahallardan sayılır. Burada şiə türklərlə yanaşı, kürd dilinin süryani ləhcəsində danışan sünni-şafii kürdlər, az sayda xristianlar və kəlimilər (yəhudilər) birlikdə yaşamaqdadırlar.
Soyuqbulaq şəhərində sufi təriqətinə mənsub olanlar da var. Buna görə də şəhərdə qədim zamanlardan bir neçə xanəgah fəaliyyət göstərir.
İqtisadiyyatı, məşğulluğu
Soyuqbulaq mahalı Qərbi Azərbaycan əyalətinin yoxsul və sənaye baxımından geri qalmış bölgələrindən sayılır. Belə şərait isə bölgədə işsizlərin sayının çoxluğuna təsir göstərir. Əhalinin əsas dolanışıq mənbəyi əkinçilik, maldarlıq, ticarət, xidməti işlər və sairdir.
Mahal dağlıq ərazidə yerləşdiyi və soyuq iqlimə malik olduğu üçün burada daha çox dəmyə torpaqlar əkilir. Əsasən buğda, arpa və başqa dənli bitkilər becərilir. Soyuqbulaq mahalında xalçaçılıq əhalinin bir qisminin başlıca gəlir mənbəyidir. Burada fərdi və sexlərdə toxunan “Təbriz”, “Ləçək”, “Türüncü”, “Şah Abbas” və s. xalılar ölkənin böyük şəhərlərinin xalça bazarlarında satılmaqla yanaşı, xarici ölkələrə də ixrac edilir. Bundan başqa, kilim toxumaq, muncuq düzmə və tikmə, papaqçılıq, bəzək işləri, bıçaqçılıq, oyma işləri, gön məmulatları istehsalı və s. əhalinin məşğulluğunun əsasını təşkil edir.
Mahalın tarix yaddaşından
Soyuqbulaq keçmişdə kiçik bir kənd olsa da, 1628-ci ildə Şah Abbas Səfəvinin hakimiyyətinin sonlarında bölgə hakimi Budaq Sultan hökumət mərkəzini buraya köçürdükdən sonra onun həyata keçirdiyi islahatlar və fəaliyyəti nəticəsində şəhər inkişaf edərək genişlənib.
Budaq Sultanın göstərişi ilə inşa edilən çoxsaylı bina və abidələr arasında yaşı 400 ilə çatan Qırmızı məscid, Qırmızı körpünü göstərmək olar.
1945-ci il dekabrın 12-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə Güney Azərbaycanda Milli Hökumət quruldu. Bundan sonra kürd xalqının demokratik hərəkatının da mərkəzi hakimiyyət qarşısında gücləndirilməsi üçün Azərbaycan Milli Hökuməti Soyuqbulaq şəhərində Seyid Məhəmməd Qazinin başçılığı altında kürdlərin muxtar hökumətinin yaranmasına yardım etdi. Hazırda bir sıra kürd təşkilatları və millətçi dairələrinin Soyuqbulağa iddiası da bununla bağlıdır.
Təbiəti, gəzməli-görməli yerləri
Soyuqbulaq bəndi. Yuqoslavlar tərəfindən Soyuqbulaq çayının üzərində inşa edilən bu süni su hövzəsi ölkənin 10 ən böyük və tutumlu bəndlərindən sayılır. Bənd və ətrafı təbii gözəlliyinə, mənzərəsinə görə ən görməli təbii yerlərdəndir. Buralara balıq tutmaq və üzgüçülük üçün də gəlirlər.
Millət parkı və ya Mikayıl bağı. Soyuqbulaq bəndinin yanında olan bu bağın ortasından Soyuqbulaq çayı keçir. Bura ən gəzməli və görməli yerlərdəndir.
Budaq Sultan məqbərəsi. Soyuqbulaq şəhərinin cənub-qərbində yerləşən bu tarixi abidə Şah Abbas Səfəvinin sərdarlarından Soyuqbulaq hakimi Sultan Budaqın məqbərəsidir.
Savalan mağarası. Bu mağara Soyuqbulaq şəhərindən 42 kilometr cənub-şərqdə yerləşir. İçində təbii göl olan mağarada suyun dərinliyi 30 metrə qədərdir. Suyun səthindən tavana kimi mağaranın hündürlüyü isə təxminən 50 metrdir. Mağara təbii gözəlliyinə görə bölgənin ən görməli yerlərindən biridir və ölkənin təbii əsərləri siyahısına daxil edilib.
Faqırga daxması. Midiya dövrünə aid olduğu bildirilən məqbərə İndirqaş kəndinin yaxınlığında yerləşir. Daxma iki qatdan, dörd sütundan və 3 boş qəbirdən ibarətdir. Sütunlarının quruluşu və daş işləmələrinə görə öz dövrünün mühüm məqbərələrindən olduğu bildirilir.
Tovuz təpə. Eradan əvvəl ikinci minilliyə aid olan bu qəbiristanlıq 1956-cı ildə tarixi abidə kimi qeydə alınıb.
Köhnə şəhər. Midiya dövrünə aid olan bu şəhər 1931-ci ildə qeydə alınıb.
Şəmsəddin Bürhan Xanəgahı. Qacarlar dövrünə aid olan abidədir. 2002-ci ildə qeydə alınıb.
Ləc hamamı. Səfəvilər dövrünə aiddir və Ləc kəndində yerləşir.
Qızılqapı təpəsi. Eradan əvvəl birinci minilliyə aiddir. 2003-cü ildə qeydə alınıb.
Savan təpəsi. Eradan əvvəl ikinci minilliyə aiddir.
Bundan başqa, Cami məscidi, Giravan isti suyu, Mirzə Rəsul hamamı (hazırda muzeyə çevrilib), Qədim təpə və s. yerləri Soyuqbulağın təbii, tarixi görməli yerlərindəndir.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024