Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (21-12-2016, 17:15)
Aqil Abbas: Ermənilərin «nadir tapıntı»sının uzağı 260 yaşı var

Aqil Abbas: Ermənilərin «nadir tapıntı»sının uzağı 260 yaşı var

 

 

Mediatv.az  yazıçı-publisist, millət vəkili Aqil Abbasın adalet.az saytında dərc olunmuş yazısını dərc edir:

***
Artıq 3 gündür qəzetlərdə, saytlarda və sosial şəbəkələrdə bir məsələ müzakirə olunur. Nədi? Deməli, ermənilər Qarabağda daş tapıblar və guya bu daş əslində uçan boşqabdı. Yəni erməni mütəxəssislər belə iddia edirlər. Bizimkilər də tarixçilərə müraciət edirlər ki, bu daş nədi? Tarixçilərin hələ fikirlərini oxumamışam. Bəlkə də artıq izah ediblər. Amma mən o daşlar haqqında yekə çıxmasın, mükəmməl bilgiyə malikəm.
«Batmanqılınc» romanını yazanda mən Şuşadan düz Ağcabədinin Hindarxı kəndinə qədər piyada gəlmişəm. Ümumiyyətlə, Qarabağı qarış-qarış gəzmişəm və hər qarışına da bələdəm. O vaxt həm Daşaltı səmtində, həm də Molla Nəsrəddin yolu səmtində belə daşlara rast gəlmişdim. Bilməyənlər üçün deyim. Xankəndindən, daha doğrusu, Malıbəylinin üstündən elə birinci dolamadan bir yol ayrılırdı. O yol düz Füzuliyə gədirdi. Elə işlək yol deyildi və abad da deyildi. O yola da ona görə Molla Nəsrəddin yolu deyirdilər. Bu daşların diametri təxminən 4-5 metr olardı. Bəlkə də kiçik, bəlkə də böyük olardı, yupyumru top kimi.
Hətta o vaxt mən bu daşlarla maraqlananda Şuşada bildirdilər ki, bu daşlarla mərhum akademikimiz Həsən Əliyev də çox maraqlanıb. Və bu daşlardan birini də çox böyük çətinliklə Bakıya aparıb. Dəqiq yadımda deyil, ya Təbiəti Sevənlər Cəmiyyətinin bağınamı qoyub, yoxsa Coğrafiya İnstitutunun bağınamı. Bilmirəm o daş indi orda qalırmı, ya qalmırmı. Bəlkə də Həsən Əliyev Allaha qovuşandan sonra o daşı da dağıdıb eləyiblər. Hər halda bu barədə məlumatım o qədər dəqiq deyil.
İndi gələk daşlara. Bu daşlar ermənilərin nə Marsda, nə də hansısa qalaktikadakı qohumlarının uçan boşqabları deyil. Bu, adicə savaş daşlarıdı. Həm Pənah xanın, həm İbrahim xanın dövründə Şuşanın müdafiəsi üçün bu daşlardan istifadə olunub. Adətən filmlərdə də görürsünüz, dağlıq ərazilərdə silahlardan çox daş diyirləməklə düşməni məhv edirdilər. Deyəsən, «Spartak» filmində də var, «Babək»də də var. Adətən yuxarıdan aşağı göndərilən qayalar bəzən yuxarıdan aşağı çatmırdı qayalara ilişib qalırdı. Ona görə də ağıllı sərkərdələr daşları top kimi yondururdular ki, heç yerə ilişib qalmasın, düz istənilən nöqtəyə qədər getsin.
Şuşada da, məhz yuxarıda qeyd etdiyim kimi, bu daşları müdafiə məqsədi ilə ustalar yonurdular və döyüşlərdə də istifadə olunurdu. Düzdü, Şuşada o qədər də döyüş olmayıb, cəmi iki dəfə. O da Qacar xan ona qarşı Qarabağda üsyanı yatırtmaq üçün gələndə. İbrahim xanın dönəmində. Onda da bu daşlardan istifadə olunub.
Şəkillərə diqqət etsəniz görəcəksiniz ki, həmin daşlar boşqab kimi hazırlanmış daşların içindədi. Bəs onda o nədi? Dağın üstündə daşı saxlamaq mümkün deyildi, diyirlənib gedəcəkdi. Ona görə də ustalar həm də belə daş boşqablar hazırlayırdılar və daşları onun içində saxlayırdılar ki, diyirlənib getməsin. Lazım olanda da döyüşçülər bir balaca itələyirdilər və daş həmin saxlanıldığı yerdən çıxırdı. Baxın, hətta həmin boşqabların bir tərəfində azacıq yer də yonublar ki, lazım olanda daşları rahat diyirləyə bilsinlər. Yəni dostlar, bunlar nə uçan boşqabdı, nə raketdi, nə peykdi, nə də «Soyuz apollon»du, nə də ermənilərə bir dəxli var. O vaxt Qarabağda, daha dəqiq desək, Dağlıq Qarabağda beş erməni məlikliyi vardı (yəni kəndi) və onlar da Pənah xanın, İbrahim xanın, Mehralı xanın, Mehdiqulu xanın himayəsində yaşayırdılar. Onların da ən hörmətlisi Məlik Şahnəzər idi ki, bir qızını da göndərmişdi İbrahim xanını hərəmxanasına ki, xana daha yaxın olsun. İbrahim xanın da ondan Əbülfət ağa adlı oğlu vardı ki, xanlığın xarici işlər vəzifəsini yerinə yetirirdi.
Amma o da ola bilər ki, həmin daşları Pənah xan, İbrahim xan erməni ustalarına yondurtsun. Axı ermənilər bənnalığı, daş yonmağı, pinəçiliyi, dərziliyi, dülgərliyi, at qaşovlamağı, bir sözlə, nökərçiliyi bizdən daha yaxşı bilirdilər.
P.S. 70-ci illərdə Ulu Öndər Heydər Əliyev müşavirə keçirmək üçün Sabirabada gəlir. Sabirabadda partiya komitəsinin binası ilə mədəniyyət evinin qarşısında böyük bir meydan var. Ulu Öndər avtomobildən enib meydana girəndə çox diqqətli və mənalı-mənalı meydanı baxışları ilə süzür və çevrilib katibə deyir:
- Deyəsən, ustaların Stepanakertdən olub.
Katib:
- Bəli, yoldaş Əliyev! Nədən soruşdunuz?
Katib əvvəl-əvvəl Ulu Öndərin nə demək istədiyini anışdıra bilmir. Binaya çatanda Heydər Əliyev yenidən meydanı göstərir və deyir ki, diqqətlə bax.
Heç demə, meydanda daşları elə düzüblərmiş ki, hamısı xaç formasında, bütün meydan başdan-ayağa xaç imiş. Və indiyəcən heç kim bunun fərqinə varmıyıb. Amma Ulu Öndər bir andaca bunu tutub.
Qısası, müşavirə bitənədək yerli ustalar tökülüb meydanı söküb yenidən şəkilləndirməyə başlayıblar.
Belə-belə işlər, dostlar!
Aqil Abbas
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024