Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (12-01-2015, 19:47)
“Reklamdan başqa bir şey deyil”- İcra Hakimiyyətindən açıqlama

“İndiki halda belə bir sorğunun keçirilməsi reklamdan başqa bir şey deyil”. 

 

Bunu “Qafqazinfo”ya açıqlamasında YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev bir qrup şəxsin Cavad xanın heykəlinin qoyulması ilə bağlı ölkənin birinci xanımı Mehriban Əliyevaya müraciəti xəbərinə münasibət bildirərkən deyib:

“Bu sorğunun keçirilməsi Moskvadan idarə olunur. Cavad xanın heykəlinin Gəncə şəhər icra hakimiyyəti tərəfindən ucaldılması məsələsinə hələ 2 il bundan əvvəl başlanılıb. Artıq bütün işlər görülüb. Onların heç Cavad xan haqqında, Gəncə şəhərinin sakinləri adından belə danışmağa haqları yoxdur. 

Naqif Həmzəyev artıq sözügedən heykəlin yerinin də müəyyən edildiyini bildirib:

“Cavad xanın heykəlinin Gəncə şəhərinin girişində ucaldılması cənab prezidentin diqqət və qayğısı nəticəsində reallaşacaq. Heykəl hazırdır və Gəncənin girişində qoyulması qərara alınıb. Bu sorğu isə arxadan atılan daş kimidir. Arxadan atılan daş isə topuğa dəyər. Onlar həmin sorğu ilə insanları çaşdırmaqdan başqa bir iş görməyiblər”.

Qeyd edək ki, Gəncə şəhərinin sakinləri Cavad xana heykəl qoyulması təşəbbüsü ilə kampaniyaya başlayıblar. Bunun üçün sosial şəbəkələrdə qruplar yaradılıb, imzalar toplanılaraq ölkənin birinci xanımı, millət vəkili Mehriban Əliyevaya müraciət ünvanlanıb. 

 

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
22 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025
21 04 2025