Sosial / Slayd (29-01-2015, 19:48)
Hacı İbrahim Nehrəmlinin fiaskosu: «Xəzər Adaları»nda iş dayandı - Fəhlələr son iki ayın maaşlarını ala bilməyiblər
DİA.AZ: - İnşasına 104 milyard dolların xərclənməsi nəzərdə tutulan «Xəzər Adaları» layihəsinin icraçısı «Avesta» konserninin prezidenti Hacı İbrahim Nehrəmlinin mövcud neft böhranı səbəbindən ciddi problemlərlə üzləşdiyi söylənilsə də, bu informasiya şirkət tərəfindən ciddi-cəhdlə təkzib olundu. Amma reallıq tamam fərqlidir.
DİA.AZ-a informasiya verən məlumatlı mənbə bildirir ki, hazırda «Xəzər Adaları»nda iş rəsmən dayanıb: «İşçilərin böyük əksəriyyəti naməlum müddətə evə buraxılıblar. Axırı nə olacaq bilinmir».
Mənbə dia.az-a açıqlamasında iddia edir ki, hətta fəhlələrdən bəziləri son iki ayın maaşlarını belə almayıblar:
«Hacı İbrahim Nehrəmli hər yanda bildirir ki, adada 2015-ci ildən yaşayış başlayacaq. Amma yalandır bu. 2055-ci ildən sonra da yaşayış olmayacaq. Çünki faktiki olaraq son bir ayda adada daş üstünə daş qoyulmayıb. Pul yoxdur və bunu rəhbərlik başqa səbəblərlə əlaqələndirməyə çalışır».
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…