Gündəm (6-05-2016, 13:15)
Parlament 3 hakimə ömürlük hakimlik hüququ verdi
Spiker Oqtay Əsədovun sədrliyi ilə keçirilən Milli Məclisin növbəti plenar iclasında Azərbaycan Respublikaasının Ali Məhkəməsinin hakimlərini təyin ediləməsi ilə bağlı prezidentin göndərdiyi təqdimata baxılıb.
Mediatv.az xəbər verir ki, Komitə sdəri Əli Hüseynli deyib ki, 3 hakimin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar məsələyə Məhkəmə-Hüquq Şurası baxıb və müsbət rəy verib. 10 il bundan əvvəl onlar bu vəzifəyə 10 illik təyin olunub və aprel ayında onların səlahiyyət müddəti başa çatıb. Ə.Hüseynli həmin hakimləri - Qürbət Əsgərov, Fəxrəddin İbayev, Zakir Quliyevi müsbət xarakterizə etdi. Dedi ki, Milli Məclisin bu 3 hakimi yenidən hakim postuna layiq bilsə, hakimlərə rəy verilsə, onda bu təyinat ömürlük xarakter daşıyacaq.
Bundan sonra səsvermə oldu və hakimlər deputatların rəyi əsasında ömürlük olaraq postlarında qalmaq imkanı əldə etdilər.
Qeyd edək ki, bir neçə il əvvəl “Məhkəmələr və hakimlər haqqında” qanuna edilən dəyişikliyə əsasən hakimlər ömürlük seçilə bilir. Lakin ömürlük hakim seçilmək ölənə qədər yox, son yaş həddinə qədər hakimlik etmək deməkdir. Azərbaycanda isə son yaş həddi 65-dir.
Ə.Hüseynlinin təqdimatından sonra Rəşadət Ağayevin Şirvan Ali Məhkəməsinin hakimi vəzifəsinə təyin olunmasına da müsbət münasibət bildridilər.
Musavat.com
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024