Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Cəmiyyət / Karusel (17-01-2015, 13:40)
Bir məhkəmənin iki hakimi barəsində araşdırmalara başlanılıb

Bu halda isə hakim haqqında beş prosedurdan biri tətbiq oluna bilər

 

 
Bu halda isə hakim haqqında beş prosedurdan biri tətbiq oluna bilər.
Azərbaycanda haqqında intizam icraatına başlanılan daha bir hakimin adı məlum olub. Bu barədə "Report"a ədliyyə orqanlarından bildirilib.
Bu, Bakı Şəhər Nizami rayon Məhkəməsinin hakimi Elnur Nuriyevdir.
E.Nuriyev 1976-cı il ildə anadan olub. O, 1998 Azərbaycan Beynəlxalq Universitetinin və 2005-ciildə Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirib. 2013-cü ildən Bakı Şəhər Nizami Rayon Məhkəməsinin hakimidir.
Qeyd edək ki, Məhkəmə-Hüquq Şurası (MHŞ) tərəfindən 3 hakim barədə intizam icraatına başlanılıb. Buna səbəb vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiyaya şərait yaradan hallara yol verdiklərinə, qanunvericiliyi və etik normaları, habelə icra intizamını kobud pozduqları göstərilib. Bundan əvvəl həmin hakimlərdən birinin adı məlum idi. Bu, Nizami rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərovdur.
Qeyd edək ki, İntizam İcraat Proseduruna görə hakim haqqında MHŞ-ya müraciət etmək hüququna Ali Məhkəmənin sədri, Naxçıvan MR-nın Ali Məhkəməsinin sədri, Apellyasiya məhkəmələrinin sədrləri, Ədliyyə Nazirliyi, fiziki və hüquqi şəxslər malikdir. MHŞ daxil olan müraciətə 3 ay müddətində baxır və intizam icraatının başlanılması və ya belə icraatın başlanılması barədə müraciətin təmin edilməməsi haqqında qərar qəbul edir. MHŞ intizam icraatının başlandığı gündən 3 ay müddətinə məsələni bir qayda olaraq hakimin iştirakı ilə araşdırır və qərar qəbul edir. Hakim üzürlü səbəblərdən intizam icraatında iştirak edə bilmədikdə və ya icraat üzrə əlavə araşdırma tələb olunduqda bu müddət MHŞ-nın qərarı ilə uzadılır.
Hakimin hərəkətində intizam məsuliyyətinə cəlbetmə üçün əsaslar müəyyən edilərsə "Məhkəmə və Hakimlər haqqında" qanunun 112-ci (Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi qaydası) maddəsinə uyğun olaraq qərar qəbul olunur. Qərar təqdim edildiyi gündən 20 gün ərzində şikayət verilməzsə qərar qüvvəyə minir. Bu halda isə hakim haqqında beş prosedurdan biri tətbiq oluna bilər. Bu sıraya aiddir:
1. Hakimə irad tutulur;
2. Hakimə töhmət verilir;
3. Hakimin vəzifədən aşağı salınması barədə Azərbaycan Respublikası prezidentinə təklif verilir;
4. Hakimin iş yerinin dəyişdirilməsi barədə Azərbaycan Respublikası prezidentinə təklif verilir;
5. Hakimin səlahiyyətlərinə xitam verilməsi barədə Azərbaycan Respublikası prezidentinə təklif verilir.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024