Gündəm (4-05-2016, 13:14)
Xankəndidən İrəvana “Qarabağın müstəqilliyini tanımayın” çağrışı
“Biz Dağlıq Qarabağın müstəqilliyinin tanınmasının tərəfdarıyıq, bu istiqamətdə işləyirik, ancaq hesab edirik ki, Ermənistan “DQR”-i tanıyan birinci ölkə olmamalıdır”.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, bunu Qarabağdakı separatçı rejimin oyuncaq “prezident aparatı”nın rəhbəri David Babayan “Azatyunyn” radiosunun suallarını cavablandırarkən deyib.
Son günlər Dağlıq Qarabağın “müstəqilliyinin” tanınması ilə bağlı layihənin Ermənistan hökuməti tərəfindən müzakirəyə çıxarılacağı barədə xəbərin ardınca bu məsələ ermənilər arasında gərgin müzakirə mövzusuna çevrilib. D.Babayan iddia edib ki, Azərbaycan yenidən müharibəyə başladığı halda İrəvan Dağlıq Qarabağın müstəqilliyini ilk olaraq tanıya bilər.
Separatçı iddia edib ki, Ermənistan tanınma istiqamətində Xankəndi ilə birgə iş aparır və artıq nəticələr var. “Təkcə 2016-cı ildə ABŞ-ın iki ştatı Dağlıq Qarabağın müstəqilliyini tanıyıb. Mən hesab edirəm ki, aprel hadisələrindən sonra bu proses davam edəcək” - deyə D.Babayan özünə təskinlik verib.
Görünən budur ki, ermənilərin sonuncu silahı – Dağlıq Qarabağın müstəqilliyinin İrəvan tərəfindən tanınması hədəsi də fiaskoya uğrayıb. Ermənistan prezidenti Serj Sarksiyanın aprel döyüşlərindən sonra Bakını bununla hədələməsi heç bir işə yaramasa da, son günlər erməni deputatlar parlamentə tanınma ilə bağlı yeni layihə təqdim edəcəklərini açıqladılar.
Mayın 5-də isə layihənin Ermənistan hökumətinə təqdim olunacağı bildirildi. Lakin Ermənistan XİN-in ardınca Qarabağdakı separatçı rejimin nümayəndəsi də Ermənistana və Qarabağ ermənilərinə baha başa gələcək bu addımın atılmasına qarşı çıxış etməkdədirlər.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024