Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (27-03-2014, 21:01)
Zori Balayan Ermənistanda xalq düşməni elan edildi

Zori Balayan Ermənistanda xalq düşməni elan edildi

 

Hələ keçən il erməni yazıçı Zori Balayan Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsi məsələsini ortaya atanda Ermənistanda ona qarşı çıxan qüvvələr oldu. Hətta Zori Balayanı xalq düşməni də elan etdilər”.

Bunu Modern.az saytına Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi olan Dağlıq Qarabağaın Rusiyaya birləşdirilməsi ilə bağlı təxribat xarakterli bəyanatları şərh edərkən deyib. O bildirib ki, ermənilərin əksəriyyəti Qarabağın Ermənistana birləşdirilməsinin tərəfdarıdırlar.

Ekspertin fikrincə, hazırda həmin əhval-ruhiyyə hökm sürür. “Ermənistan əhalisinin böyük əksəriyyəti və siyasi qüvvələr Dağlıq Qarabağın Rusiyaya birləşməsinə qarşıdır. Onlar bu məsələni absurd hesab edirlər. Qarabağın Rusiyaya birləşdirilməsi Ermənistan ictimaiyyətində o qədər də həzm olunmayıb. Ona görə bu məsələ Ermənistan cəmiyyərində ciddi qarşıdurma yaradacaq”.

Ekspert ermənilərin kompakt yaşadığı Gürcüstanın Samsxe-Cavaxetiya bölgəsi ilə müqayisələr aparıb. “Gürcüstanın NATO-ya üzvlük ehtimalı qarşısında Cavaxetiya ermənilərinin Rusiyaya birləşmə məsələsi Ermənistanın özündə də gündəmə gətirirlər. Onlar hesab edir ki, NATO-nun tərkibində türk qoşunları da var və guya bu amil ermənilər üçün böyük təhlükə törədə bilər. Hazırkı situasiyada Cavaetiyanın Rusiyaya birləşməsi daha aktualdır”-deyə Q. Çaxmaqlı bildirib.

Qeyd edək ki, Krımın Rusiyaya birləşməsindən sonra Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış separatçı rejimdə bir qrup şəxs Dağlıq Qarabağın Rusiyanın tərkibinə verilməsi şüarı ilə çıxış edib.

шаблоны для dle 11.2

Xəbər lenti
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
21 11 2024
20 11 2024
20 11 2024
20 11 2024