Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (26-04-2016, 17:47)
Elmar Məmmədyarov Estoniyanın xarici işlər nazirinin müavini ilə görüşdü

 

 

Xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu çərçivəsində Estoniyanın xarici işlər nazirinin müavini Killike Silaste-Ellinqi qəbul edib.

Mediatv.az xəbər verir ki, bu barədə məlumatı XİN mətbuat xidməti yayıb.

Görüşdə iki ölkə arasında əməkdaşlığın hazırkı vəziyyəti, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ermənistan-Azərbaycan münaqişəsinin nizamasalınması və hazırkı vəziyyəti barədə məlumat verən nazir Elmar Məmmədyarov, diqqəti BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrə yönəltdi. Nazir bildirib ki, sözügedən qətnamələrdə Ermənistan silahlı qüvvələrinin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tamamilə ve qeyd-şərtsiz çıxarılması öz əksini tapsa da təəssüf ki, qətnamələr hələ də icra edilməyib. Nazir qeyd edib ki, münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan siılahlı qüvvələri işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. 

Görüşdə həmçinin, Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən regional layihələr barədə fikir mübailəsi aparıldı və bu xüsusda Avropa İttifaqının etibarlı tərəfdaşı kimi Azərbaycanın rolu yüksək qiymətləndirilib.

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024