Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (7-04-2016, 11:50)
Prezident İlham Əliyevə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq

Prezident İlham Əliyevə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq

 

 

Bu il noyabrın 30-da Bakıda keçiriləcək IV Beynəlxalq “Caspian Energy Forum - 2016”nın rəsmi açılış mərasimi çərçivəsində Azərbaycan Prezidenti, "Caspian European Club"un (Caspian Business Club) sədri İlham Əliyevə “İlin islahatçısı” nominasiyası üzrə “Caspian Energy Award” beynəlxalq mükafatı təqdim olunacaq.
Mediatv.az bildirir ki, "Report" xəbər verir ki, bunu "Caspian European Club"un (Caspian Business Club) sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
“Caspian Energy Award” beynəlxalq mükafatı dünyanın 50 ölkəsində keçirilən internet sorğusunun nəticələrinə əsasən Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin iqtisadiyyatının inkişafına verdikləri töhfəyə görə "Caspian Energy"nin oxucu auditoriyasına – siyasi xadimlərə, dövlət məmurlarına, diplomatik nümayəndəliklərin, dövlət və özəl şirkətlərin rəhbərlərinə təqdim olunur. “Caspian Energy Award”beynəlxalq mükafatı "Caspian European Club" (Caspian Business Club) və "Caspian Energy International Media Group"un dəstəyi ilə təşkil olunur.
Telman Əliyevin sözlərinə görə, "Caspian Energy International Media Group"un təşkil etdiyi beynəlxalq foruma "Caspian European Club"un (Caspian Business Club) deleqatları gələcəklər. Tədbirdə Azərbaycanın və Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik, komitə və idarələrinin rəhbərləri, Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələri, həmçinin nəhəng xarici şirkətlərin başçıları iştirak edəcəklər.
Forumun birinci hissəsi çərçivəsində Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin dünya enerji bazarlarına inteqrasiyasının aspektlərinin müzakirəsi nəzərdə tutulan "Caspian Energy Forum" keçiriləcək. Azərbaycanın enerji, nəqliyyat və infrastruktur layihələrindəki hakim mövqeyi, artan upstream qaz sektoru, Cənub Qaz Dəhlizi layihələri, Xəzərin resurs potensialı müzakirə olunacaq.
Forumun ikinci hissəsində qeyri-neft sektorunun inkişafına həsr olunmuş "Caspian Business Forum" baş tutacaq. "Caspian Business Forum" çərçivəsində maliyyə-bank, sığorta, lizinq, telekommunikasiya, turizm, nəqliyyat, inşaat və s. kimi qeyri-neft sektorlarına innovasiyaların tətbiqi, biznesin aparılması, biznes-hökumət dialoqunun yaradılması məsələləri müzakirə olunacaq. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024