Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Gündəm (29-03-2016, 09:33)
“Azərbaycana Rusiya tərəfdən də təhlükə var”

 “Azərbaycana Rusiya tərəfdən də təhlükə var”

Fərhad Mehdiyev: “Bizdə terror hadisəsini həyata keçirmək Türkiyədə olduğu kimi rahat deyil”

 

Mediatv.az xəbər verir ki, Yaxın Şərqdə yaşanan və orada demək olar ki, adi hal kimi qarşılanan terror hadisələri artıq Avropanı da ağuşuna alıb. Terrordan kənar hesab edilən şəhərlərdə belə aktların baş verməsi isə digər dünya dövlətlərini də qorxuya salıb. Ekspertlərə görə, som hadisələr heç bir ölkənin bu cür təhlükələrdən sığortalanmadığını bir daha göstərir.
 
Xüsusilə də son beş ayda qardaş Türkiyənin paytaxtı  Ankarada ard-arda  üç terror hadisəsinin baş verməsi Azərbaycan ictimaiyyətində də terrorla bağlı müəyyən xof yaratmış oldu.  Martın 27-də Nəsimi rayonunda Bakı Metropoliteninin havalandırma sisteminin borusu ilə keçmək üçün dəmir barmaqlıqları kəsməyə çalışan Belarus vətəndaşı Sergey İlyevskinin saxlanması  və onun üzərində çıxan əşyalar terror mövzusunu yenidən gündəmə gətirdi. 
Onu da qeyd edək ki, Belarus vətəndaşı olan İlyevskinin üzərindən Tbilisi və İrəvan metro stansiyalarında və depolarında çəkdiyi şəkillər də tapılıb. O, həmçinin üzərində Bakı Metropoliteninin sxemini gəzdirib. Mətbuata verilən açıqlamalara görə, Belarusun Azərbaycandakı səfirliyinin əməkdaşlarının iştirakı ilə keçirilmiş ilkin araşdırma zamanı saxlanılan şəxs metropolitenin tunelinə daxil olaraq divarlara qraffiti üslubunda şəkillər çəkmək istədiyini deyib.
 
Bəs Azərbaycan hər hansı terror qruplaşmasının hədəfində ola bilərmi? Məsələ ilə bağlı musavat.com-a danışan politoloq Fərhad Mehdiyev bildirdi ki, hazırkı məqamda Azərbaycanda terror həyata keçirmək istəyən qüvvələr ola bilər: “Hesab edirəm ki, onlar bunu əsasən xarici ölkə səfirliklərinə qarşı həyata  keçirməyi düşünərlər. İkinci hal kimi isə onlar cəmiyyətimizi hədəfə ala bilərlər. Azərbaycanda radikal sələfilərin, erməni terroristlərinin əhalimizə qarşı terror hadisəsi törətməsi ehtimalı istisna edilmir. Azərbaycanın təhlükəsizlik məsələsində üstün cəhəti budur ki, ölkənin ərazisi kiçikdir. Eyni zamanda təhlükəsizlik baxımından paytaxt ərazisində infrastruktur da yaxşı qurulub. Şəhərin bir çox yerlərində müşahidə kameraları quraşdırılıb.  Yəni Azərbaycanda hər hansı terror hadisəsini həyata keçirmək, Türkiyədə olduğu kimi, rahat deyil. Hesab edirəm ki, terror ehtimalı hər zaman olsa da, təhlükəsizlik xidmətləri də öz işlərini normal səviyyədə görürlər. Bu isə terror cəhdlərinin qarşısının alınması ilə nəticələnir. Adi bir məqama diqqət edək ki, xaricdə mobil telefon danışıqlarının qeyd olunması Azərbaycandakı kimi deyil. Azərbaycanda bütün telefon danışıqları qeyd edilir. Danışıqlardan başqa hətta internet üzərindən yazışmalar da nəzarətdə saxlanılır ki, bütün bunların hamısı dolayısı ilə cəmiyyətin nəzarətdə saxlanılması deməkdir”.
 
Politoloq Azərbaycanın son zamanlar apardığı siyasətin - Türkiyə ilə yaxınlaşmasının, Qərbin azadlığını tələb etdiyi siyasi dustaqları azadlığa buraxmasının Rusiyanın qıcıqlanmasına səbəb ola biləcəyini də vurğuladı: “Nəzərə alaq ki, Azərbaycan Dövlət Neft Akademiyasında baş verən terror hadisəsi məsələsi də tam araşdırılmadı. Həmin işdə Rusiyanın əlinin olub-olmaması  sual olaraq cavablanmamış qaldı. Belə bir vəziyyətdə Azərbaycanın hazırkı siyasi gedişləri fonunda Rusiya tərəfindən də təhlükə real olaraq qalır. Bu baxımdan ölkəmizdə xüsusilə insanların daha çox toplandığı yerlər, metro stansiyaları ciddi şəkildə yoxlanılmalı, nəzarət artırılmalıdır. Şəhərdə, qeyd etdiyim kimi, kifayət qədər müşahidə kameraları var. Onların sayını artırmaq da olar. Ancaq əsas məsələ insanların daha çox toplandıqları yerlərdə nəzarəti gücləndirməkdir”.
Musavat.com
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024